Məhkəmə qərarları › İş №3(039)-566/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-566/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-566/2023 05.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,orta təhsilli,əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, düşəndə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni Yevlax şəhərində planlar adlanan yerdə tanımadığı qaraçılardan alıb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində təkcə yaşadığı küçə ilə gedərkən yerdən bir ədəd sellofan büküm görüb götürmüş, bükümün içərisinə baxarkən içərisində kakos kimi adını bildiyi narkotik vasitə olan heroin olduğunu görmüş və həmin vaxt küçədə heç kim olmadığını görüb həmin kütləni gəlcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Narkotik vasitənin bir hissəsin həmin günü istifadə etmiş, qalan hissəsin isə gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində təkcə Yevlax şəhər Dəmir yol vağzalına getmiş, həmin vaxt ona tərəf gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Yevlax st. Xətt Polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində narkotik vasitə olan heroin əynindəki şalvarın sağ yan cibindən aşkar etmişlər.Əməlindən səmimi peşmacılığını bildirərək barəsində qanuna müvafiq qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 saylı evdə Şəxs qəsdən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə 0,055 qram şəxsi istehlak miqdarında narkotik vasitə heroini əldə edərək üzərində saxlamış, Şəxs 06 iyun 2023-cü il tarixdə saat 11:30 radələrində Yevlax şəhər Dəmir yol vağzalının ərazisində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax st. XPŞ-nin əməkdaşları tərəfindən Yevlax st. Xətt polis şöbəsinə gətirilərək həmin günü saat 12:40-dan 12:55-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şəxs üzərində olan bir ədəd sellofan bükümdə çəkisi 0,055 qram şəxsi istehlak miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma zamanı yaranır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 08 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində 234.4.1 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X1 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını(İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 ( üç yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Yevlax rayon polis şöbəsinin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.055 qr heroin qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən məhv edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar