Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-569/2025 22.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax rayon X5 X6 Yol Bölməsinin inspektoru polis serjantı X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 18 mart 2025-ci il tarixdə Yevlax şəhərində ** NV *** dövlət qeydiyyat nişanlı, «Range Rover» markalı nəqliyyat vasitəsini müvafiq icazə olmadan sayrışan işıq cihazından istifadə etməklə idarə etmiş, və nəticədə barəsində İXN-nin 342.9-cu maddəsi ilə protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş Yevlax RPŞ-nin DYPB-nin inspektoru X2 pptokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs 18 mart 2025-ci il tarixdə Yevlax şəhərində ** NV *** dövlət qeydiyyat nişanlı, «Range Rover » markalı nəqliyyat vasitəsini sayrışan işıq cihazından istifadə etməklə idarə etmiş, və nəticədə barəsində İXN-nin 342.9-cu maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ünvanına rəsmi məhkəmə bildirişi və ona məxsus olan ***-***-**-** saylı telefon nömürəsi ilə əlaqə saxlanılmış lakin həmin nömürə bağlı olmuş, daha sonra qardaşına məxsus olan ***-***-**-** saylı telefon nömürəsi ilə əlaqə saxlanılıb Şəxs 22 aprel 2025-ci il tarixində saat 14:40-a təyin edilən məhkəmə iclasında iştirak etməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati protokolu tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs idarə etdiyi “Range Rover” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşından müvafiq icazə olmadan “Flashing warning Led S4” markalı sayrışan işıq cihazının götürülməsi barədə Yevlax RPŞ-nin BDYPİ-nin əməkdaşları tərəfindən 18 mart 2025-ci il tarixində könüllü təqdim etmə, baxış keçirilmə və götürmə haqqında protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilən işlə əlaqədar olan cd diskə məhkəmə iclasında baxış keçirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs idarə etdiyi “Range Rover” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşında müvafiq icazə olmadan “Flashing warning Led S4” markalı sayrışan işıq cihazından istifadə etdiyi müəyyən edilmişdir.Həmçinin “Flashing warning Led S4” markalı sayrışan işıq cihazına aid olan foto şəkillər inzibati materiala əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsi ilə təqsirli bilinib sayrışan işıq cihazı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs məxsus “Range Rover” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən götürülərək Yevlax rayon Məhkəməsində saxlanılan 1 ( bir ) ədəd “Flashing warning Led S4” markalı sayrışan işıq cihazı müsadirə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-569/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-569/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver