Məhkəmə qərarları › İş №3(039)-57/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-57/2020

23.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-57/2020 23.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Səmədabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 13:20 radələrində Yevlax rayon polis şöbəsinin inzibati binasında rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Səxavət Mirzəyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 çıxış edərək bildirmişdir ki,Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayon polis şöbəsinin inzibati binasında rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Səxavət Mirzəyevin xidməti otağında səs-küy salaraq onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs intizamlı olmağa dəvət olunmuşdur. Buna baxmayaraq, həmin vətəndaş polisin qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, onun zərərçəkmiş şəxs qismində tanındığı cinayət işinin istintaqı Yevlax Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Səxavət Mirzəyevin icraatındadır. Həmin iş üzrə onun atasının idarə etdiyi nəqliyyat vasitəsi həmin cinayət işində maddi sübut olması ilə əlaqədar olaraq rayon polis şöbəsində saxlanılır. Bu səbəbdən də xx.xx.2020-ciil tarixdə atası X3 ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə müstəntiq Səxavət Mirzəyevin xidməti otağına gedərək müstəntiqdən avtomobili rayon polis şöbəsinin dayanacağından götürülməsinin zəruri olduğunu bildirsələr də, müstəntiq Səxavət Mirzəyev avtomobilin maddi sübut olduğundan hal-hazırda ona verilməyəcəyini bildirmişdir. Bu səbəbdən o, əsəbləşib uca səslə danışmağa başlamışdır. Sonradan müstəntiq Səxavət Mirzəyev onu intizamlı olmağa dəvət etmişdir. Lakin o, əsəbi olduğundan müstəntiqin tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ciil tarixdə atası X3 ilə birlikdə Yevlax Rayon Polis Şöbəsində onun xidməti otağına gələrək avtomobili götürməsinin zəruri olduğunu bildirmişlər, o, avtomobilin maddi sübut olduğundan hal-hazırda onlara verilə bilməyəcəyini bildrimişdir. Bundan sonra Şəxsatası X3 ilə birlikdə səs küy salmağa başlamışlar o, onların hər ikisiniintizamlı olmağa dəvət etmişdir. Buna baxmayaraq, həmin vətəndaşlar onun qanuni tələblərinə tabe olmamışlar, hərəkətlərinə davam etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Şəxs xx.xx.2020-ci il tarixdə saat 13:20 radələrində Yevlax rayon polis şöbəsinin inzibati binasında rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Səxavət Mirzəyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiq, polis kapitanı X1xx xxxxxx 2020-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2020-ciil tarixdə Şəxs və X3 ilə birlikdə Yevlax Rayon Polis Şöbəsində onun xidməti otağına gələrək səs küy salmağa başlamışlar o, onların hər ikisiniintizamlı olmağa dəvət etmişdir. Buna baxmayaraq, həmin vətəndaşlar onun qanuni tələblərinə tabe olmamışlar, hərəkətlərinə davam etmişlər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar