Məhkəmə qərarları › İş №3(039)-57/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-57/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-57/2024 19.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, İsmayılov Gündüz Etibar oğlunun katibliyi, Barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxs X3 Yevlax rayon Yol Patrul Xidməti inspektoru, polis X1 iştirakı ilə Yevlax rayon Yol Patrul Xidməti inspektoru, polis X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan X3 verilmiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Yol Patrul Xidməti inspektoru, polis X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qüvvəyə minmiş qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edərkən mobil telefonu əlində saxlamaqla ondan istifadə etdiyinə görə 50 manat cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Yevlax rayonu ərazisində istifadəsində olan “Mersedes Benz” markalı ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Yevlax rayon YPX-nin inspektoru Şəmi Yunusov onu saxlayaraq guya qırmızı işıqdan keçdiyini bildirdikdə o, yol patrul xidməti inspektoruna etiraz etmiş və kamera görüntüləri tələb etdikdən sonra YPX əməkdaşı ona Azərbaycan Respublikasının İXM-nin 342.6-cı maddəsi ilə protokol tərtib edərək, guya avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyini qeyd etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa dair çıxış edərək şikayətinin təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs Yevlax rayon Yol Patrul Xidməti inspektoru, polis X2 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə Yevlax şəhəri, Füzuli küçəsində xidmətdə olan zaman, X3 idarə etdiyi “Mersedes Benz” markalı ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıqforun qırmızı işığından keçdiyini düşünərək onu dayandıran zaman sürücü Eldəniz Bayramlının avtomobilin sükanı arxasında mobil telefonla danışdığını görmüş və bu barədə sürücüyə öz iradlarını bildirərək, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 342.6-cı maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi və inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qüvvəyə minmiş qərar ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən səs yazısına baxış keçirilən zamanı X3 avtomobili idarə edərkən mobil telefondan istifadə etməsi müəyyən olunmamışdır. Məhkəmə işə baxarkən belə qənaətə gəlir ki, X3 hərəkətlərində İXM-in 342.6-cı maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması və inzibati xətanın düzgün araşdırılmaması hazırkı iş üzrə onun İXM-nin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi üçün kifayət etmir. Bununla yanaşı, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs Eldəniz Bayramlının xətanı etiraf etməsinə istinad etsə də, işin halları ilə bu təsdiq edilmir, əksinə barəsində qərar qəbul edilmiş şəxs həm məhkəmə iclasında izahat verərkən, həm də verdiyi şikayətin mətnində xəta törətməsini inkar etmişdir. Belə olan halda isə sübut etmə yükü inzibati orqanın üzərində qalır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Belə ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X3 şikayət ərizəsi təmin edilməli, Yevlax rayon Yol Patrul Xidməti inspektoru, polis X1 tərtib etdiyi xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayət ərizəsi təmin edilsin. Yevlax rayon Yol Patrul Xidməti inspektoru, polis X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar