Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-571/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti baş inspektoru, polis kapitanı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və H.Cavid küçəsi ev 15 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:10-da idarə etdiyi “Hyundai Elantra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti baş inspektoru, polis kapitanı X2 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verib əlavə olaraq qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə rayon polis şöbəsinin post patrul xidməti əməkdaşları tərəfindən karantin rejimi qaydaları yoxlanılarkən saxlanılarkən Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyini müəyyən etdikləri üçün Yol Polis Bölməsinə məlumat vermişlər. Məlumat əsasında o, Şəxs dayandırıldığı əraziyə getmişdir və onu sərxoşluq muayinəsindən keçməsi üçün bölməyə dəvət etmişdir. Şəxs etiraz etməmiş, onlarla birlikdə bölməyə getmiş və orada alkotester vasitəsi ilə sərxoşluğu yoxlnılarkən sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında iki bakal pivə içmişdir. Daha sonra yaşadığı mənzilə getmək üçün idarə etdiyi avtomobilə əyləşərək hərəkətə başlamış, bundan sonra post patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır və onlar da bu barədə yol patrul xidmətinin əməkdaşlarına məlumat vermişlər. Bir müddət sonra yol patrul xidmətinin əməkdaşları gələrək onu Yol Polis Bölməsinə getməyi təklif etmişlər və o, etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Bölmədə o, xüsusi texniki vasitə ilə müayinə edilən zaman sərxoşluğu müəyyən edilmişdir. Lakin o, etiraz edərək iki bakal pivə içdiyini və tibbi muayinə üçün həkim muayinəsindən keçərək sərxoşluğunun müəyyən edilməsini tələb etsə də polis əməkdaşları onun tələbinə məhəl qoymamışdırlar. Məhkəmədən, barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:10-da idarə etdiyi “Hyundai Elantra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 19.08. 2020-ci il tarixli, 00518 №-li alkotestr müayinəsinin nəticəsinə əsasən Şəxs alkoqolun miqdarı 2,239 faiz müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:10-da idarə etdiyi “Hyundai Elantra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-571/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-571/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver