Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-571/2021 16.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X9 oğlunun, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X13” MMC-də sosial işçi işləyən,Yevlax şəhəri S.Əsgərova küçəsi ev 7-də yaşayan Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(051)-2499/2019 №-li, 10 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən yaranmış 1234 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(051)-2499/2019 №-li, 10 dekabr 2019-ci il tarixli icra sənədinə əsasən 31 oktyabr 2015-ci il təvəllüdlü X4 və 20 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs 06 noyabr 2019cu il tarixdən başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs işlədiyi “X13” MMC-ə təklif göndərilərək onun əmək haqqından hər ay 70 % tutulub tələbkar Cahan İsmixanovanın hesabına keçirilməsi xahiş edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs əmək haqqından hər ay 166 manat tutulub tələbkar Cahan İsmixanovanın hesabına ödənilmişdir. Borclu Şəxs icra sənədi üzrə hazırda ödənilməmiş 1234 manat aliment borcu yaranmışdır. Yaranmış 1234 manat aliment borcunun ödənilməsi üçün Şəxs xəbərdarlıq etməsinə baxmayaraq tələbkar Cahan İsmixanova aliment borcunu ödəməmiş və onun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən, borclu Şəxs ona 1234 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs aliment borcunu tam şəkildə ödəməmişdir. İcra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. “X13” MMC-də sosial işçi işləyir, aylıq qazancı 236 manat təşkil edir, həmin əmək haqqından hər ay 166 manat aliment tələbkar Cahan İsmixanovanın xeyrinə tutulur. Onun icra sənədi üzrə tələbkar Cahan İsmixanova 1234 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda icra sənədi üzrə aliment borcunu tələbkar Cahan İsmixanovaya tam şəkildə ödəyə bilmir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov tərəfindən tərtib edilmiş MN ******* №-li, 16 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16 iyul 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-571/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-571/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver