Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-572/2020 01.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Vİ tağım Yol patrul xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Vİ tağım Yol patrul xidmətininxx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokolun ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın protokoluna görə X2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə o, özünə məxsus olan ** BH *** dövlət qeydiyyat nişanlı avomobili ilə Bakı şəhərinə gedən zaman şəhərin girişində yerləşən karantin postunda hamı kimi o da aidiyyatı polis əməkdaşları tərəfindən yoxlamadan keçmişdir. Karantin postunda özünə məxsus olan sənədlərini eləcə də portala düşməyi ilə əlaqədar onlara məlumat vermişdir. Lakin həmin tarixdə onun istifadəsində olan telefona mesaj gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi inzibati protokol tərtib edildiyi və cərimə olunduğu bildirilmişdir. İnzibati xəta haqqında protokoldan şikayət vermiş şəxs X2 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu barədə vergi orqanında qeydiyyatdan keçmişdir. fəaliyyəti ilə əlaqədar o, “icaze.e-qov.az” elektron portalından icazə almış və icazə müddəti 20-21 avqust tarixlərində qüvvədə olmuşdur. O, aldığı icazə əsasında Bakı şəhərinə getmiş və əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Elektron Hökümətin İnkişafı Mərkəzinin “icaze.e-gov.az” saytının portalından görünür ki, sahibkar X1 ölkə ərazisi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazəsi mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Vİ tağım Yol patrul xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldaX2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X2 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmiş və bu barədə sübutlarını məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən protokolun qəbul edilməsinə əsas olmuş sənədləri-sübutları məhkəməyə təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Vİ tağım Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Vİ tağım Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-572/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-572/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver