Məhkəmə qərarları › İş №3(039)-573/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-573/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-573/2020 03.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23.40 radələrində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 izah etdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23.40 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Yevlax RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Eşqin Əzizov rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə evlərində axşam yeməyi yeyərkən spirtli içki qəbul etmişdir. Həmin gün 23.40 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndində xidmət aparan polis əməkdaşlarını görüb, onlardan təxminən bir həftə əvvəl qohumu Səxavət Hacıyevi nə üçün polis şöbəsinə apardıqlarını soruşmuş və polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət edərək, onu sakitləşdirməyə çalışmışlar. Həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşlarına məhəl qoymamışdır. Hazırda polis əməkdaşlarından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin polis nəfəri, polis serjantı X5 izahatında bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 23.40 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində polis kiçik serjantı X6 ilə birlikdə xidmət apararkən bir nəfər vətəndaş onlara yaxınılaşaraq, qohumu olan X2 nə üçün bir həftə bundan əvvəl polis şöbəsinə apardıqlarını soruşaraq, onlara hədə-qorxu gəlmiş və onların xidmət aparmağına mane olmuşdur. Həmin şəxsi dəfələrlə nizman-intizama dəvət etsələrdə, sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan səs-küy salaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən adı sonradan məlum olan Şəxs Yevlax RPŞ-nə gətirilmiş və bu barədə Yevlax RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 və şahid Yevlax RPŞ-nin polis nəfəri polis serjantı Eşqin Əzizovun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 03.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx xxxxxxxx 2020-ci il tarixli 184 saylı protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1992-ci il tarixdə Kəlbəcər rayonu, Şaplar kəndində anadan olmuş, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olan, Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar