Məhkəmə qərarları › İş №3(039)-573/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-573/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-573/2021 16.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Yevlax rayon X12 X13 X6, polis leytenantı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Kövər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 535.1ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax rayon Polis Şöbəsində tərtib olunmuş protokollar 16 iyul 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 15.07.2021-ci il tarixdə saat 22:30-da Yevlax şəhəri Q.Quliyev küçəsində “Dədə Qorqud” parkının ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevretmə qaydasını pozduğu üçün yol nəqliyyat hadisəsi etmişdir. Nəticədə Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus olan işıq dirəyini yararsız hala salaraq birliyə maddi ziyan vurmuşdur. Bundan sonra hadisə yerinə gələn post patrul xidməti bölməsinin polis nəfərləri vətəndaşa yaxınlaşıb özlərini təqdim edərək hadisə barədə sürücüdən məlumat almaq istədikdə sürücü polis nəfərləri ilə mübahisə edərək səs-küy salmışdır. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, məcburi qaydada Yevlax rayon Polis Şöbəsinə aparılmışdır. Rayon polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 16 iyul 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Yevlax rayon X12 X13 X6, polis leytenantı X4 məhkəmə iclasında tərtib etdiyi protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs 15.07.2021-ci il tarixdə saat 22:30-da Yevlax şəhəri Q.Quliyev küçəsində “Dədə Qorqud” parkının ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevretmə qaydasını pozduğu üçün yol nəqliyyat hadisəsi etmişdir. Nəticədə Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus olan işıq dirəyini yararsız hala salaraq birliyə maddi ziyan vurmuşdur. Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında tərtib etdiyi protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 15.07.2021-ci il tarixdə saat 22:30-da Yevlax şəhəri Q.Quliyev küçəsində “Dədə Qorqud” parkının ərazisində post patrul xidməti bölməsinin polis nəfərləri ərazidə yol nəqliyyat hadisəsi törətmiş vətəndaşa yaxınlaşıb özlərini təqdim edərək hadisə barədə sürücüdən məlumat almaq istədikdə sürücü polis nəfərləri ilə mübahisə edərək səs-küy salmışdır. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs hərəkətlərinə davam etdirdiyinə görə, polis əməkdaşları ona Yevlax rayon polis şöbəsinə getməyi təklif etmişdir, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, məcburi qaydada Yevlax rayon polis şöbəsinə aparılmışdır. Rayon polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, 15.07.2021-ci il tarixdə toy məclisində iştirak etmişdir və məclisdə spirtli içki qəbul etmişdir. Bundan sonra özünə məxsus avtomobillə hərəkət etmişdir. Hərəkət edən zaman idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Sərxoş olduğu üçün hadisə yerinə gələn polis əməkdaşları ilə mübahisə etmişdir. Sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X8 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 15.07.2021-ci il tarixdə saat 22:30-da Yevlax şəhəri Q.Quliyev küçəsində “Dədə Qorqud” parkının ərazisində post patrul xidməti bölməsinin polis nəfərləri ərazidə yol nəqliyyat hadisəsi törətmiş vətəndaşa yaxınlaşıb özlərini təqdim edərək hadisə barədə sürücüdən məlumat almaq istədikdə sürücü polis nəfərləri ilə mübahisə edərək səsküy salmışdır. Onlar sürücünü nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs hərəkətlərinə davam etmişdir. Həmin şəxs onlar tərəfindən saxlanılaraq, məcburi qaydada Yevlax rayon Polis Şöbəsinə aparılmışdır. Rayon polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin polis siravisi X9 şahid X5 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 iyul 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15.07.2021-ci il tarixdə saat 22:30-da Yevlax şəhəri Q.Quliyev küçəsində “Dədə Qorqud” parkının ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevretmə qaydasını pozaduğu üçün yol nəqliyyat hadisəsi etmişdir. Nəticədə Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı birliyinə məxsus olan işıq dirəyini yararsız hala salaraq birliyə maddi ziyan vurmuşdur; 16 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 15.07.2021-ci il tarixdə saat 22:30-da Yevlax şəhəri Q.Quliyev küçəsində “Dədə Qorqud” parkının ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 339 №-li, 15.07.2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. inzibati qaydada tutma haqqında 15 iyul 2021-ci il tarixlu protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə, əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 535.1-ci maddələri ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 15 iyul 2021-ci il tarixdən saat 23:45-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar