Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-575/2021 19.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri H.Hacıyev küçəsi ev 26 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 18 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 14:30-da Yevlax şəhəri H.Hacıyev küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 14:30-da rayon polis şöbəsinin əməkdaşları Yevlax şəhəri H.Hacıyev küçəsində xidmətdə olarkən iki nəfər vətəndaşın öz aralarında mübahisə edib ucadan səs-küy saldıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edib həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar polis əməkdaşlarının tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etdikləri üçün üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdırlar. Polis şöbəsində həmin şəxslərin Aslan Aslanov və Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 14:30-da əvvəllər tanıdığı Aslan Aslanovla onun yaşadığı Yevlax şəhəri H.Hacıyev küçəsində aralarında mübahisələri olmuşdur və həmin vaxt onlara polis əməkdaşları yaxınlaşaraq onları nizam-intizama dəvət etsələr də o, əsəbi olduğu üçün polis əməkdaşlarının tələbinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 14:30-da post yoldaşı X10 şəhəri H.Hacıyev küçəsində xidmətdə olarkən iki nəfər vətəndaşın öz aralarında mübahisə edib ucadan səs-küy saldıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edib həmin vətəndaşları nizamintizama dəvət etsələr də, həmin vətəndaşlar onların tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Rayon polis şöbəsində həmin vətəndaşların X7 və Şəxs olduqları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X11 rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 şahid X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 18 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 14:30-da Yevlax şəhəri H.Hacıyev küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 18 iyul 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 18 iyul 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-575/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-575/2021
19.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver