Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-576/2021 19.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20.11.1970-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 18 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 iyul 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, 18 iyul 2021-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olarkən “Gül” şadlıq sarayının qarşısında bir nəfər vətəndaşın ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğnu görüb həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin vətəndaş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Rayon polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 18 iyul 2021-ci il tarixdə Yevlax şəhərinə toy məclisində iştirak etmək gəlmiş və toy məclisində yeyib-içmişdir. Toy məclisi bitdikdən sonra avtovağzal istiqamətindı gedən zaman alkoqollu içki qəbul etdiyi üçün özündən asılı olmayaraq küçədə ucadan öz-özünə danışan zaman polis əməkdaşaları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də o, əsəbi olduğu üçün polis əməkdaşlarının tələbinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Əməlindən peşiman olmasını, İİ qrup Qarabağ müharibəsi əlili olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X6 Patrul bölməsinin polis nəfəri X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 18 iyul 2021-ci il tarixdə rayon post yoldaşə Elxan İsmayılov ilə Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olarkən “Gül” şadlıq sarayının qarşısında bir nəfər vətəndaşın ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğnu görüb həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin vətəndaş onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Rayon polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 18 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 iyul 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. 18 iyul 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 18:00-da tutulmuşdur. Sərxoşluğun müayinəsinə dair 18.07.2021-ci il tarixli ,150 №li protokoldan görünür ki, Şəxs orta dərəcə sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 18 iyul 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-576/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-576/2021
19.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver