Məhkəmə qərarları › İş №3(039)-577/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-577/2021

19.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-577/2021 19.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun böyük köməkçisi X5, Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X7, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X2, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.2003-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 19 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2021-ci il tarixdə saat 20:35 radələrində Yevlax şəhəri M.Ş.Vazeh küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 çıxış edərək bildirmişdir ki, 07 iyul 2021-ci il tarixdə Şəxs Yevlax şəhəri M.Ş.Vazeh küçəsində idarə etdiyi avtobillə yol patrul xidmətinin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobili idarə edərək qaçmışdır. Bundan sonra rayon polis şöbəsinin əməkdaşları Şəxs polis əməkdaşalrının tələbinə tabe olmaması ilə bağlı yaşadığı ünvana gedən zaman onun sürücülük hüququ olmadığı məlum olmuşdur. Bundan sonra Şəxs rayon polis şöbəsinə getməyi bildirdikdə o, əsassız olaraq səs-key salmışdır. Polis əməkdaşları vətəndaşı nizam-intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etmişdir. Bundan əlavə olaraq Şəxs barəsində rayon polis şöbəsinin dövlət yol polisi bölməsində sürücülük hüququ olmadan avtomobil idarə etməsinə görə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, anasına məxsus avtomobil ilə 07 iyul 2021-ci il tarixdə Yevlax şəhərində hərəkətdə olan zaman yol patrul xidmətinin polis əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi versələr də o, sürücülük vəsiqəsinin olmaması səbəbindən idarə etdiyi avtomobili saxlamadan polis əməkdaşlarından qaçmışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə gəlib onu rayon polis şöbəsinə getməyi bildirdik də o, qorxduğu üçün etirazını bildirmişdir. Əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun böyük köməkçisi X8 çıxış edərək bildirmişdir ki, Şəxs təqsiri öz etirafedici izahatı və iş materiallarında olan sənədlərlə sübuta yetirildiyində onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs inzibati tənbehinin aşağı həddində inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkil X6 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşiman olmasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbibirin tətdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, yetkinlik yaşına çatmamasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar