Məhkəmə qərarları › İş №3(039)-578/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-578/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-578/2022 24.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis polis mayoru X6, zərərçəkmiş şəxs X15 qızının inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 06.09.1982-ci ildə Yevlax Şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cumaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokol 24 may 2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09.05.2022-ci il tarixdə ünvan 1-də yaşayan X8 döyərək xəsarət yetirmişdir. Bundan başqa Şəxs 09.05.22-ci il tarixdə qaynanası X9 qızını söyüb təhqir etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə X10 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X7 Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında 09.05.2022-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X13 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan başqa Şəxs 09.05.2022-ci il tarixdə qaynanası X9 qızını söyüb təhqir etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, özünü təqsirli bilmir. Belə ki, o, 09.05.2022-ci il tarixdə X8 döymədiyini və 09.05.2022-ci il tarixdə qaynanası X1 təhqir etmədiyini bildirmişdir. Qeyd edilən tarixlərdə özünün Tərtər rayonunda olduğunu bildirmişdir. Polis şöbəsində araşdırma gedən zaman o, bu barədə təhqiqatçıya məlumat versədə, təhqiqatçı bu halı araşdırmadan barəsində inzibati icraatın aparılması üçün qərar qəbul etmişdir. O, həmin qərarla razı deyil. Belə ki, qərarda onun göstərdiyi xüsusiyətlərə qiymət verilməmişdir və onun həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək istədiyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 qızı inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 2022-ci ilin 2-3 may tarixlərində anası Almaz Fərmanovayla əlaqə saxlamaq üçün həyat yoldaşı Şəxs mobil telefonu istədiyini, bu zaman Şəxs onun və onun anası Almaz Fərmanovanın ünvanina nalayiq ifadələr işlədərək onu əlləri ilə və təpiklə vuraraq döymüşdür. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxış edərək 2-3- may tarixlərində evdə olan zaman qızı Lalə ilə onun əri Azərin arasında mübahisələri yaranmışdır. Həmin vaxt Azər heç bir səbəb olmadan qızını və onu söyüb təhqir etmiş və qızını döyərək xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 24 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09.05.2022-ci il tarixdə Yevlax şəhəri Vaqif küçəsi 18-də yaşayan X8 döyərək xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; 24 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09.05.2022-ci il tarixdə qaynansı X2 təhqir etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş materiallarinda olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 may 2022-ci il tarixli qərardan da görünür ki, barəsində inzibati icraat aparılan səxs hadisə baş verən tarixdə Tərtər rayonunda olması barədə təhqiqatçıya izahat versə də, barəsində inzibati icraat aparılan şəxsin hadisə baş verən tarixdə Yevlax şəhərinin ərazisində olub-olmaması hallarının müəyyən edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar