Məhkəmə qərarları › İş №3(039)-579/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-579/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-579/2022 24.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987 ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayon Nemətabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 24 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 may 2022-ci il tarixdə saat 15:30-da Yevlax rayon Mərkəzi xəstəxanasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, 20 may 2022-ci il tarixdə saat 15:30 radələrində Şəxs Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Ginekologiya şöbəsində ucadan səs-küy salaraq küçə söyüşləri edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs öz izahatında bildirmişdir ki,həyat yoldaşı hamilə olduqu üçün telefon vasitəsiylə əlaqə saxlaya bilmədiyi üçün narahat olub xəstəxanaya gəlmişdir.Orda həyat yoldaşı ilə söhbət edərkən polis nəfərinin onun səsküy salmamaqlarını bildirmişdir.Oda səs-küy salmadıqlarini sadəcə söhbət etdiklərini bildirmiş, ailəsi ilə təklikdə söhbət etməsi üçün səraitin yaradılmasını istəmişdir.Lakin polis əməkdaşı onu səbəbsiz yerə rayon polis şöbəsinə gətirmişdir. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizə İdarəsinin Mingəçevir şəhər mühafizə şöbəsi polis nəfəri, polis serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki 20 may 2022-ci tarixdə saat 15:30-da xidmətdə olan zaman Yevlax rayon X1 şöbəsinin içərisində və qarşısında bir nəfər şəxsin həyat yoldaşı ilə mübahisə edərək ictimai yerdə ucadan səs-küy salaraq ünvansız nəlayiq şöyüşlər söydüyünü görüb həmin vətəndaşa yaxınlaşıb özünü təqdim edib onu nizam-intizama dəvət etmiş. Lakin həmin şəxs qəsdən onun qanuni tələbinə tabə olmayaraq öz hərəkətini davam etdirdiyi üçün bu barədə ictimai tibbi siğorta publik hüquqi şəxsinə məlumat verilmişdir. Həmin vaxtı onlar Yevlax RPŞ-dən kömək istəyərkən həmin şəxs xəstəxananın həyətini tərk edərək qaçmışdır. Sonradan ictimai tibbi siğortanın publik hüquqi şəxsi tərəfindən aparılmış araşdırma zamanı həmin şəxsin Yevlax rayon Nemətabad kənd sakini Şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 24 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 may 2022-ci il tarixdə saat 15:30-da Yevlax rayon Mərkəzi xəstəxanasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 24 may 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 24 may 2022-ci il tarixdə saat 10:00-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli ) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar