Məhkəmə qərarları › İş №3(039)-579/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-579/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-579/2023 31.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax şt.xətt polis şöbəsinin İTQ-un baş inspektoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 300.3-cü maddəsi ilə başlanılmış və Yevlax şt.Xətt polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax şt.Xətt polis şöbəsinin daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023- cü il tarixdə "xxxx" QSC-nin 5 nömrəli Kürdəmir yol sahəsindən Yevlax st.XPş-nə daxil olmuş 44 nömrəli məktubda xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində, Kürdəmir Sığırlı dəmir yol mənzilinin 181-ci km PK5-də tək yolda hər iki reysin üzərinə 50 metr məsafədə daş düzülməsi və piket dirəyinin cüt yolun kənarından çxarlaraq tək yolun reysin üzərinə qoyulmuş, xx.xx.2023- cü il tarixdə Yevlax st.XPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin hadisəni xx.xx.1987-ci il təvəllüdlü Kürdəmir rayon Sığırlı kənd sakini Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və həmin şəxs Kürdəmir rayon Sığırlı kənd ərazisində saxlanılaraq Yevlax st.XPŞ-ə gətirildikdən sonra Yevlax st.XPş-nin CAQ-un baş əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Mamedovun HK 1 60 saylı raportu əsasında Şəxs narkotik vasitələrin qanunsuz dövrüyəsində şübhəli bilindiyi üçün AR CM-nin 234.1 -ci maddəsi ilə Yevlax st.XPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngə kağıza bükülmüş ümumi çəkisi 4.09 qram olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Yevlax şt.xətt polis şöbəsinin İTQ-un baş inspektoru v.m.i.e X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2023- cü il tarixdə Yevlax st.XPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin hadisəni xx.xx.1987-ci il təvəllüdlü Kürdəmir rayon Sığırlı kənd sakini Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və həmin şəxs kürdəmir rayon Sığırlı kənd ərazisində saxlanılaraq Yevlax st.XPŞ-ə gətirildikdən sonra Yevlax st.XPş-nin CAQ-un baş əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Mamedovun HK 1 60 saylı raportu əsasında Şəxs narkotik vasitələrin qanunsuz dövrüyəsində şübhəli bilindiyi üçün AR CM-nin 234.1 -ci maddəsi ilə Yevlax st.XPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sağ yuan civindən qızılı rəngə kağıza bükülmüş ümumi çəkisi 4.09 qram olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxs ifadəsində göstərmişdir ki, o,Kürdəmir rayonu Sığırlı kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində sığırlı stansiyasında Mehman adlı şəxsə məxsus kafedə təxminən 200 qram spirtli içki qəbul etdikdən sonra saat 22 radələrində oradan çıxaraq dəmiryolunun üstü ilə piyada Karar kəndinə gəldiyini, təxminən saat 22 radələrində Sığırlı Kürdəmir dəmir yol mənzilinin 181-ci km-nə çatarq tək yolda təxminən 40-50 metr məsafədə reysin üzərinə hər iki tərəfdə xırda daşlar düzdüyünü, bundan sonra cüt yolun sağ tərəfində üzərinə 5 yazılmış piket dirəyini əli ilə torpaqdan çıxarıb tək yolun reysin üzərinə qoyaraq məftillə reysə bağlayaraq evə qayıtdığını, xx.xx.2023-cü il tarixdə Sığırlı dəmiryol stansiyasında olarkən polis əməkdaşları ona yaxınlaşıb özünü təqdim edərək dəmiryoluna daş və digər əşyalar qoyduğuna görə Yevlax st XPŞ-nə getməli oluqlarını bildirdiklərini, həmin vaxt üstündə narkotik vasitə marixuana olduğunu imkan tapıb marixuananı ata bilmədiyini, Yevlax st.XPŞ-nə gətirildikdən sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, əynindəki cins şalvarın sağ yan cibində gizlətdiyi qızılı rəngli siqaret kağızına bükdüyü narkotik vasitənin aşkar edildiyini ,sorğu zamanı narkotik vasitənin ona məxsus olduğunu və məqsədinin şəxsi istifadə üçün qəbul etmək olmasını satmaq məqsədi olmadığını və həmin narkotik vasitəni 2 gün əvvəl sığırlı kəndi ərazindən tapdığını bildirdiyini, daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkildiyini ümumi çəkisinin 4.09 qram olması müəyyən olunduqdan sonra zərfə qoyularaq möhürləndiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. Azərbaycan Respublikası İXM-nin 300.3-cü maddəsinə əsasən Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə iki yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax şt.Xətt polis şöbəsinin daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023- cü il tarixdə "xxxx" QSC-nin 5 nömrəli Kürdəmir yol sahəsindən Yevlax st.XPş-nə daxil olmuş 44 nömrəli məktubda xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində, Kürdəmir Sığırlı dəmir yol mənzilinin 181-ci km PK5-də tək yolda hər iki reysin üzərinə 50 metr məsafədə daş düzülməsi və piket dirəyinin cüt yolun kənarından çxarlaraq tək yolun reysin üzərinə qoyulmuş, xx.xx.2023- cü il tarixdə Yevlax st.XPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin hadisəni xx.xx.1987-ci il təvəllüdlü Kürdəmir rayon Sığırlı kənd sakini Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və həmin şəxs kürdəmir rayon Sığırlı kənd ərazisində saxlanılaraq Yevlax st.XPŞ-ə gətirildikdən sonra Yevlax st.XPş-nin CAQ-un baş əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Mamedovun HK 1 60 saylı raportu əsasında Şəxs narkotik vasitələrin qanunsuz dövrüyəsində şübhəli bilindiyi üçün AR CM-nin 234.1 -ci maddəsi ilə Yevlax st.XPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sağ yuan civindən qızılı rəngə kağıza bükülmüş ümumi çəkisi 4.09 qram olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax st.XPŞ-nin İTQ-una göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 31 avqust 2023-cü il tarixli 1427 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir,narkomaniya xəstəliyindən əziyyət cəkir,narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var,narkoloji kabinetdə qeydiyyata alinması məsləhər görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə əsasən Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 300.3-cü maddəsinə əsasən Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax şt.Xətt polis şöbəsinin İTQ-un baş inspektoru X1 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə,Şəxs həm yük həm sərnişin daşıyan qatarların hərəkət yoluna daşlar düzməsi, piket dirəklərinin məftillə bağlanması ciddi təhlükəyə səbəb ola biləcək hərəkətdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 60 (altmış) gün müddətinə inzibati qaydada həbs edilsin Həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən saat 17:40-dan hesablansın Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Yevlax st.Xətt şöbəsinin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 3.56 qr qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən məhv edilsin” Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar