Məhkəmə qərarları › İş №3(039)-580/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-580/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-580/2020 07.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Saleh Məmmədovun iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16.40 radələrində Yevlax şəhəri, Çənlibel qəsəbəsi, S.Ruhulla küçəsi, m.14 ünvanında yaşayan anası, X2 döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Saleh Məmmədov izah etdi ki, Yevlax şəhəri Çənlibel qəsəbəsində yaşayan, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək oğlu Şəxs onu döydüyünü bildirmiş və həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Rəfiqə Kərimova onun anasıdır. Spirtli içki qəbul edən zaman dəfələrlə anası ilə aralarında mübahisələr yaranmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16.40 radələrində yenidən evə bir qədər sərxoş vəziyyətdə gəlmiş, çöldə olan zaman qaraçı bir nəfərlə mübahisəsinin yarandığını bildirmişdir. Bu məqsədlədə həmin şəxslə görüşmək üçün evdən çıxmaq istəyərkən anası ona mane olmuşdur. Anasının onun evdən çıxmasını istəmədiyini bildirərək qapını bağlamış, bu zaman Şəxs əsəbləşərək anasını itələmiş, daha sonra isə onu vurmuşdur. Bundan sonra anası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib onun barəsində şikayət etmişdir. Hazırda əməlindən peşmandır və anası Rəfiqə Kərimova ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Rəfiqə Kərimova ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izah etdi ki, Şəxs onun oğludur. Oğlunun spirtli içki aludəçisi olduğunu və mütəmadi olaraq içki qəbul edərək yaşadıqları evdə münaqişə yarandığını bildirdi. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16.40 radələrində oğlu Şəxs sərxoş vəziyyətdə evə gəldiyini, onunla mübahisə etdiyini və mübahisə zamanı Şəxs onu vurduğunu, itəliyərək yerə yıxdığını bildirdi. Bu səbəblədə X4 polisə müraciət etmək məqsədilə çölə çıxmış, qonşuluqda yaşayan şəxslərdən telefon alaraq 102 xidmətinə məlumat vermişdir. Hazırda zərərçəkən X3 Kərimov ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanması rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru Saleh Məmmədovun izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X4 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxxx 1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Çənlibel qəsəbəsi, S.Ruhulla küçəsi, m.14 ünvanında yaşayan Şəxs oğu xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar