Məhkəmə qərarları › İş №3(039)-580/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-580/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-580/2021 04.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. Yevlax rayon məhkəməsinin 06.08.2021-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC İXM-in 482.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin-1300 manatın qırx faizi miqdarında, yəni 520 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 03.09.2021-ci il tarixli qərarı ilə Yevlax rayon məhkəməsinin 06.08.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən məhkəmə baxışına qaytarılmışdır. İş materiallarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Şəxs ünvanına gələn, 16.06.2021-ci il tarixli, **********1145 saylı və 16.06.2021-ci il tarixli, **********0777 saylı gömrük bəyannamələrilə rəsmiləşdirilmiş yükə MMC-nin Goranboy rayonu Boluslu kəndində yerləşən anbarında baxış zamanı gömrük orqanına bəyan edilməyən “Birleşim” markalı traktora asılan kultivatorların tərkib hissəsi olan 2 (iki) ədəd cütlü dönər dırmığı və gömrük orqanına düzgün bəyan edilməyən 385 (üç yüz səksən beş) ədəd traktora asılan ot biçənin alt qazanın mərkəzi qoşqusu (porva), 6000 (altı min) ədəd ot biçənin təhlükəsizlik sancaqları (sancaqlı pim), 14750 (on dörd min yeddi yüz əlli) ədəd ot biçənin təhlükəsizlik sancaqları (kol pimi) və 18 (on səkkiz) ədəd ot biçənin alt qazanı (tambur R165-lik) aşkar edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, ixracatçı şirkət müəssisənin sifariş etdiyi malları mal-müşayiət sənədlərində düzgün qeyd etməməsi səbəbindən aşkar edilmiş müxtəlif növ avadanlıq yükü gömrük bəyannaməsi ilə bəyan edilməmişdir. İdxal olunan mallar kənd təsərrüfatı malları olduğu üçün gömrük rüsumundan azaddır. Təmsil etdiyi MMC-nin gömrükdən yayınmaq kimi bir məqsədi olmayıb, baş verənlər malı ixrac edən şirkətin səhlənkarlığı nəticəsində baş verib. Məhkəmədən Şəxs MMC barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, “ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 17.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, “ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 15.07.2021-ci il tarixli, 11000-0859/21 saylı protokoldan görünür ki, “ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına gələn, 16.06.2021-ci il tarixli, **********1145 saylı və 16.06.2021-ci il tarixli, **********0777 saylı gömrük bəyannamələrilə rəsmiləşdirilmiş yükə MMC-nin Goranboy rayonu Boluslu kəndində yerləşən baxış zamanı gömrük orqanına bəyan edilməyən “Birleşim” markalı traktora asılan kultivatorların tərkib hissəsi olan 2 (iki) ədəd cütlü dönər dırmığı və gömrük orqanına düzgün bəyan edilməyən 385 (üç yüz səksən beş) ədəd traktora asılan ot biçənin alt qazanın mərkəzi qoşqusu (porva), 6000 (altı min) ədəd ot biçənin təhlükəsizlik sancaqları (sancaqlı pim), 14750 (on dörd min yeddi yüz əlli) ədəd ot biçənin təhlükəsizlik sancaqları (kol pimi) və 18 (on səkkiz) ədəd ot biçənin alt qazanı (tambur R165-lik) aşkar edilmişdir; Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 13.07.2021-ci il tarixli, 06-Ş nömrəli ekspertiza aktından görünür ki, Şəxs MMC tərəfindən bəyan edilməyən “Birleşim” markalı traktora asılan kultivatorların tərkib hissəsi olan 2 (iki) ədəd cütlü dönər dırmığının bazar qiyməti 1300 manat, düzgün bəyan edilməyən 385 (üç yüz səksən beş) ədəd traktora asılan ot biçənin alt qazanın mərkəzi qoşqusunun (porva) bazar qiyməti 2695 manat, 6000 (altı min) ədəd ot biçənin təhlükəsizlik sancaqların (sancaqlı pim) bazar qiyməti 1800 manat, 14750 (on dörd min yeddi yüz əlli) ədəd ot biçənin təhlükəsizlik sancaqlarının (kol pimi) bazar qiyməti 5900 manat və 18 (on səkkiz) ədəd ot biçənin alt qazanının (tambur R165-lik) bazar qiyməti 990 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 1300 manat dəyərində mal bəyan edilməmiş, 11385 manat dəyərində mal isə düzgün bəyan edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-in 482.2-cı maddəsilə törətdiyi xəta daha ciddi xəta kimi götürülməli və həmin maddənin sanksiyasına uyğun cəzalandırılmalıdır. Çünki MMC-nin 482.1-ci maddəsi ilə törətdiyi xətanın ekspertiza dəyəri 1300 (bir min üç yüz) manat, lakin 482.2-ci maddəsi ilə törətdiyi xətanın ekspertiza dəyəri isə 11385 (on bir min üç yüz səksən beş) manat təşkil etmişdir. Ona görə də Şəxs MMC İXM-in 482.2-ci maddəsilə cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanının səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin-11385 manatın otuz faizi miqdarında, yəni 3415,5 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar