Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-582/2021 23.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri Aeroport qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 23 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin X11 X10 Xidməti inspektorları İsrayıl Cəbrayılov və Zaur İbrahimov 23.07.2021-ci il tarixdə saat 11.35 radələrində “Təmiz hava” aylığı ilə keçirilən reyd zamanı Yevlax şəhəri H.Əliyev prospektində “Aran” mehmanxanasının qarşısında “KİA” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobildə xidmətdə olarkən “Vaz 2103” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb avtomobilin qazının miqdarını yoxlayıb və mühərrikin dəm qazının miqdarı yüksək olduğu üçün sürücüyə inzibati protokol tərtib etmişlər. Bu zaman sürücünün yanında olan sərnişin Şəxs inpektorların yazdığı inzibati protokola etiraz edərək ictimai yerdə ucadan səs-küy salaraq öz etirazını bildirmişdir. İnspektorlar onu nizamintizama dəvət etsələrdə, o inpektorların qanuni tələbinə qəsdən tabe olmayaraq, onlarla kobud rəftar etməyə başlamış, inspektorlar onu sakitləşdirərək rayon polis şöbəsinə aparmaq üçün Post Patrul Xidməti bölüyünün əməkdaşlarını çağırıb, onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, o, əsəbi olduğu üçün polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Əməlindən peşman olmasını, polis əməkdaşlarından üzr istədiyini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin X11 X10 Xidməti inspektoru, polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 23.07.2021-ci il tarixdə saat 11.35 radələrində “Təmiz hava” aylığı ilə keçirilən reyd zamanı Yevlax şəhəri H.Əliyev prospektində “Aran” mehmanxanasının qarşısında “KİA” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobildə post yoldaşı Zaur İbrahimov ilə birlikdə xidmətdə olarkən “Vaz 2103” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb avtomobilin qazının miqdarını yoxlayıb və mühərrikin dəm qazının miqdarı yüksək olduğu üçün sürücüyə inzibati protokol tərtib etmiş. Bu zaman sürücünün yanında olan sərnişin Şəxs onun yazdığı inzibati protokoldan etiraz edərək ictimai yerdə ucadan səs-küy salaraq öz etirazını bildirmişdir. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, vətəndaş onların qanuni tələbinə qəsdən tabe olmayaraq, onlarla kobud rəftar etməyə başlamış, onlar Xəyal Qurbanovu sakitləşdirərək rayon polis şöbəsinə aparmaq üçün Post Patrul Xidməti bölüyünün əməkdaşlarını çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin X11 X10 Xidməti inspektoru, polis baş serjantı X5 şahid X2 izahatına uyğun izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-582/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-582/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver