Məhkəmə qərarları › İş №3(039)-585/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-585/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-585/2021 26.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 25 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində Yevlax şəhəri Nizami prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, 25 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində Yevlax Rayon Polis X13 Polis Bölməsinin yol patrul xidməti inspektorları, polis baş serjantları X9 və X1 şəhəri Nizami prospektində “Mersedes Benz” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında xidmətdə olarkən “Mersedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında hərəkət etdiyi üçün tərəfindən saxlanılmış, avtomobilə yaxınlaşıb sürücüyə özlərini təqdim edərək avtomobilin sənədlərini tələb etmiş, sürücü ilə danışma zamanı nəfəsindən spirtli içki iyi gəldiyi üçün sürücünün sərxoşluğunu həkimin tibbi müayinəsindən keçməyə dəvət etmişlər, lakin sürücü onlara heç bir sənəd təqdim etməyərək həkim müayinəsindən keçməkdən imtina edərək onların qanuni tələbinə tabe olmadığı üçün radio stansiya vasitəsi ilə PPXB-nun əməkdaşlarını köməyə çağırıb vətəndaşın polis şöbəsinə gətirilməsini təmin etmişlər. Polis Şöbəsində həmin şəxslərin Yevlax rayonu Yuxarı Qarxun kənd sakinləri sürücü Şəxs, sürücünün yanında əyləşən sərnişin Şəxs və sərnişin X10 olması müəyyən edilmişdir. Bundan sonra yol patrul xidməti inspektorları, polis baş serjantları X9 və X4 raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 25 iyul 2021-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri Nizami prospektində “Mersedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili Seyfəddin Şərifov sərxoş vəziyyətdə idarə edərkən avtomobildə sərnişin kimi olmuşdur. Seyfəddin Şərifov avtomobili işıqforun qadağanedici işığında idarə etdiyi üçün yol patrul xidməti inspektorları onu saxlamış, qayda pozuntusuna görə sərxoşluq müayinəsindən keçirilməyə aparılarkən yol polis əməkdaşlarına mane olaraq onlarla mübahisə etmişlər. Bundan sonra polis əməkdaşları onları məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Himayəsində 2 nəfər azyaşlı usagı var, törətdiyi əmələ görə səmimi peşmandır. Yol patrul xidməti inspektoru, polis baş serjantı X9 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 25 iyul 2021-ci il tarixdə saat 18:45 radələrində yol patrul xidməti inspektoru, polis baş serjantı X4 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində “Mersedes Benz” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında xidmətdə olarkən “Mersedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında hərəkət etdiyi üçün tərəfindən saxlanılmış, avtomobilə yaxınlaşıb sürücüyə özlərini təqdim edərək avtomobilin sənədlərini tələb etmiş, sürücü ilə danışma zamanı nəfəsindən spirtli içki iyi gəldiyi üçün sürücünün sərxoşluğunu həkimin tibbi müayinəsindən keçməyə dəvət etmişlər, lakin sürücü onlara heç bir sənəd təqdim etməyərək həkim müayinəsindən keçməkdən imtina edərək onların qanuni tələbinə tabe olmadığı üçün radio stansiya vasitəsi ilə PPXB-nun əməkdaşlarını köməyə çağırıb vətəndaşın polis şöbəsinə gətirilməsini təmin etmişlər. Polis Şöbəsində həmin şəxslərin Yevlax rayonu Yuxarı Qarxun kənd sakinləri sürücü Şəxs, sürücünün yanında əyləşən sərnişin Şəxs və sərnişin X10 olması müəyyən edilmişdir. Bundan sonra onlar raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 məhkəmə iclasında şahid Çingiz Xəlilovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 25 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 25 iyul 2021-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan 155 №-li, 25 iyul 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 25 iyul 2021-ci il tarixdə saat 19:47-də yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş MN ******* №-li, 26 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar