Məhkəmə qərarları › İş №3(039)-588/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-588/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-588/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50, mənzil 32-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş materialda qeyd olunur ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50, mənzil 32-də yaşayan Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında 0,54 qram narkotik vasitə-qurudulmuş marixuana əldə edib saxlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Yevlax Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 bildirmişdir ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında 0,54 qram narkotik vasitəqurudulmuş marixuana əldə edib saxladığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məslənəsinə baxılması üçün HK-1/1080 və HK-1/1081 №-li materaillar üzrə Yevlax Rayon Polis X3 müstəntiqi, polis kapitanı Şamil Nəcəfov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2021-ci il tarixli qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Yevlax Rayon Prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 28 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında vətən müharibəsində döyüşlərdə iştirak etmiş, X1 müharibə zamanı tanımışdır. 06 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, Əlimənsur Səmədova zəng etmişdir. O, saat 23 radələrində işdən çıxıb Əlimənsurun yaşadığı Yevlax rayonu Havarlı kəndində yerləşən evə getmişdir. O, Əlimənsura başının ağrıdığını deyərək narkotik vasitə marixuana istəmiş, Əlimənsur üzərində olan bir bükümdə narkotik vasitəni ona vermişdir. O, marixuananı əynindəki şalvarın sol yan cibinə qoymuş, avtomobilini idarə edib gedərkən polis əməkdaşları avtomobilini dayandırmış və onu polis şöbəsinə gətirmişlər. Törətdiyi inzibati xətadan səmimi peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis X3 müstəntiqi, polis kapitanı Şamil Nəcəfovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2021-ci il tarixli qərarla, Yevlax Rayon Prokuroru baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 28 iyul 2021-ci il tarixli qərarla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X3 müstəntiqi, polis kapitanı Şamil Nəcəfovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, tplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Əlimənsur Səmədov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İşə əlavə edilmiş Yevlax Rayon Prokuroru baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 07 iyun 2021-ci il tarixli, 17/406 №-li ekspert rəyindən görünür ki, “Şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,54 qram olan bitki məşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İnzibati Xətalar Məcəlləsi: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar