Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-588/2023 13.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X6 Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ünvan 1 ünvanında qeydiyyatında olan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax-Mingəçevir-Xaldan yolunun Hacıselli kəndi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydasını pozaraq Vaz 2106 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir.Nəticəsə 2106 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X2 yüngül bədən xəsarəti yetirmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında şəxəş edərək, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhərindən Göyçay rayonu istiqamətində hərəkətə başladığını,Yevlax rayonu Hacıselli kəndi ərazisindən keçərkən, ötmə əməlliyatı edən zaman idarə etdiyi nəqliyyat vasitənin ön tərəfinin qarşıda hərəkət hərəkətdə olan VAZ 2106 markalı ** BD *** d.q.n nəqliyyat vasitəsinin arxa hissəsinə ilişdiyini və nəticədə VAZ 2106 markalı ** BD *** d.q.n avtomobilin yolun hərəkət hissəsindən kənara aşdığını,həmin zaman sərxoş olmadığını,hadisə nəticəsində heç bir bədən xəsarəti almadığını,əməlindən səmimi peşmançılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasında iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrə ilə elaqə saxlayaraq, hadisə nəticəsində xəsarəti aldığını,sığorta şirkətinin pulu ödəmədiyi bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul ediləsin xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx.xx.2023-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax-Mingəçevir-Xaldan yolunun Hacıselli kəndi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydasını pozaraq Vaz 2106 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir.Nəticəsə 2106 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X2 yüngül bədən xəsarəti yetirmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X3 X7 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-588/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-588/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver