Məhkəmə qərarları › İş №3(039)-590/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-590/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-590/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis leytenantı X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qızının iştirakı ilə xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 16, mənzil 20-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 07 aprel 2021-ci il tarixdə saat 12:50 radələrində Yevlax Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında keçmiş qaynanası Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, Yevlax şəhəri C.Kərimov küçəsi ev 91-də yaşayan Zərərçəkmiş şəxs 07 aprel 2021-ci il tarixdə ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 07 aprel 2021-ci il tarixdə saat 12:50-də keçmiş gəlini Şəxs ilə birlikdə aralarındakı qızıl-zinət əşyalarına görə olan mübahisə ilə bağlı Yevlax Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında olan zaman Şəxs sillə ilə onun sifət nahiyyəsindən vuraraq xəsarət yetirməsi barədə məlumat verdiyinə görə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı Mirzalı Əhmədzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, 07 aprel 2021-ci il tarixdə saat 12:50 radələrində Yevlax Rayon İcra və Probasiya Şöbəsinə getmişdir, bu zaman keçmiş gəlini Şəxs da orada olmuşdur. Şəxs ilə birlikdə icra məmuru Elmidar Rüstəmovun xidməti otağında olan zaman Afaqın onun “başının xarab” olduğunu deyərək təhqir etmiş, buna görə Afaqa öz iradlarını bildirmişdir. Bu zaman Şəxs oturduğu stuldan ayağa qalxaraq qəflətən onun sifət nahiyyəsindən sillə ilə vurmuşdur. Afaqın zərbəsindən sonra onun gözü qaralmış xəsarət almışdır. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, 07 aprel 2021-ci il tarixdə ev tələbi ilə bağlı Yevlax Rayon Məhkəməsində iclas keçirildikdən sonra qızıl-zinət əşyalarını almaq üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə getmişdir. İcra Şöbəsində icra məmuru Elmidar Rüstəmovun xidməti otağında Zərərçəkmiş şəxs ilə birlikdə olan zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, onun ifadələrindən əsəbləşdiyi üçün əli ilə Zərərçəkmiş şəxs ağzını yummuşdur. Bundan sonra icra məmuru Elmidar Rüstəmov onu iş otağından çıxartmışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı Mirzalı Əhmədzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarı, polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, 28 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı Mirzalı Əhmədzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Canlı Şəxsin Məhkəmə-Tibb Ekspertizasının 180 №-li, 12 aprel 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində, sol almacıq nahiyyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 07 aprel 2021-ci il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar