Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-592/2020 12.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokollar xx xxxxxxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da Yevlax rayonu, Qaraməmmədli kəndində X4 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş və xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da yaşadıqları evdə həyat yoldaşı X2 aralarında yaranmış mübahisə zamanı döyərək ona xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material 12 sentyabr2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati protokolları tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında protokollarda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da Yevlax rayonu, Qaraməmmədli kəndində X4 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş və xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da yaşadıqları evdə həyat yoldaşı X2 aralarında yaranmış mübahisə zamanı döyərək ona xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, X3 rəsmi nikahları olmasa da onunla faktiki nikah münasibətlərindədir. xx xxxxxx 2020-ci il tarixdə evdə olan zaman beli ağrıdığından övladına ona siqaret alması üçün mağazaya getməyi demişdir. Həmin vaxt Əfsanə uşağın mağazaya getməsinə etiraz edərək onunla mübahisə etsədə o, Əfsanəni vurmamış və heç bir xəsarət yetirməmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, X7 əvvəllər Qaraməmmədli kənd bələdiyyə sədri olsa da hazırda bələdiyyə sədri onun qızıdır və buna baxmayaraq faktiki bələdiyyə sədrinin işlərini İkram Məmmədov icra edir. xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da kəndin ərazisində yerləşən kafenin yanında İkram Məmmədovla rastlaşmış və ondan 20 manat pul istəmişdir. İkram Məmmədov əsəbləşərək ondan uzaqlaşmasını bildirdikdə o, İkram Məmmədova əlavə heç bir söz demədən çıxıb getmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun rəsmi nikahları olmasa da onunla faktiki nikah münasibətlərindədir. xx xxxxxx 2020-ci il tarixdə evdə olan zaman Əli övladına mağazaya gedib siqaret almasını bildirmişdir. Buna görə o, Əliyə uşağın xəstə olduğunu bildirərək gedib siqareti özünün almasını bildirdikdə Əli onu söyərək döyüb xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə onun qonaqları gəlmişdir və o, qonaqları ilə birlikdə kənddə yerləşən kafeyə getmişdir. Kəndin kafesinin yanında Əli sərxoş vəziyyətdə ona yaxınlaşaraq niyə ona torpaq verilmədiyini soruşmuş və bundan sonra heç bir əsas olmadan onunla mübahisə etmişdir. Bundan sonra Əli ondan 20 manat pul istədikdə o, Əliyə 10 manat pul vermişdir. Lakin Əli yenə də heç bir əsas olmadan onu kafenin qarşısında və qonaqlarının yanında nalayiq sözlərlə söyüb təhqir etmişdir. Bundan əlavə olaraq Əli mütamadi olaraq onun və qızının istifadəsində olan mobil telefona zəng edərək onları söyüb təhqir etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da Yevlax rayonu, Qaraməmmədli kəndində X4 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur; xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da yaşadıqları evdə həyat yoldaşı X2 aralarında yaranmış mübahisə zamanı döyərək ona xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; inzibati qaydada tutma haqqında xx xxxxxxxx 2020-ci il tarixlu protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, şahidin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə təqsirli bilinib 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 10:05-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-592/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-592/2020
12.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver