Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-593/2020 21.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 00.10 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax- Xaldan yolunun Gülövşə kəndi ərazisindən keçən hissəsində Ağdaş rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhəri, Dostluq küçəsi, 43 saylı evdə yaşayır. Avtomobil idarə etmək üçün bütün lazımı sənədləri qaydasındadır. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 00.10 radələrində idarə etdiyi VAZ-21061 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Xaldan yolunun Gülövşə kəndi ərazisindən keçən hissəsində ötmə əməliyyatı aparan zaman VAZ-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanadından vurmuşdur. Yol nəqliyyat hadisəsi zamanı o və digər avtomobildə olan sürücü və sərnişinlər heç bir bədən xəsarəti almamışlar. Hadisə yerinə YPX-i əməkdaşları gəlmiş və araşdırma aparmışlar. Sonra polis əməkdaşları onun və digər sürücünün sərxoş olub-olmamasını müəyyənləşdirmək üçün onları Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Orada onun sərxoşluğunu yoxlamaq üçün onu dəfələrlə alkotestr vasitəsilə yoxlamışlar və spirtli içki qəbul etmədiyi məlum olmuşdur. Vaz-21099 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs təkidi ilə həkim onun qanından analiz götürmüş və yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. Bu tibbi aktdan sonradan xəbəri olmuşdur və bu aktla razı deyil. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə, yol nəqliyyat hadisəsi törətməzdən təxminən 6-7 saat əvvəl bir bakal pivə içmişdir. Avtomobili idarə edərkən özünü tam sərbəst hiss etmiş və heç bir sərxoşluğu olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında onun yüngül dərəcəli sərxoş olması qeyd edilmişdir. Lakin o, bu nəticə ilə razı deyil. Belə ki, alkaqolun konsentrasiyasının hansı promildə olması göstərilməmişdir. Hesab edir ki, yol nəqliyyat hadisəsindən təxminən 6-7 saat əvvəl içdiyi bir bakal pivənin promili 0.2 % artıq ola bilməz və bu əlamət sərxoşluq hesab edilmir. Hadisə zamanı sərxoş olmadığından əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi yoxdur. Yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə maddi ziyan vurduğunu etiraf edir və vurmuş olduğu maddi ziyandan zərərçəkmiş şəxslə aralarında olan razılaşmaya əsasən 150 (bir yüz əlli) manat ödəyəcəkdir. Məhkəmədən yol nəqliyyat hadisəsi zamanı sərxoş olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Kükəl kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi VAZ-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Xaldan yolunun Gülövşə kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman, avtomobilinin sol tərəfində hərəkətdə olan VAZ- 21061 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatını düzgün aparmayaraq, avtomobilinin sol qanadından vurmuşdur. Hadisə zamanı o və avtomobildə olan digər sərnişinlər heç bir xəsarət almamışlar. Yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə 229 (iki yüz iyirmi doqquz) manat maddi zərər dəymişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlanılmış, Zərərçəkmiş şəxs Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X6 izahatında bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş məlumata əsasən yol nəqliyyat hadisəsi baş verən əraziyə etmişlər. Hadisə yerində məlum olmuşdur ki, Şəxs idarə etdiyi VAZ-21061 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Xaldan yolunun Gülövşə kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Tərəflər həkim müayinəsindən keçirilən zaman Şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs RPŞ-də verdiyi izahatında və tibbi müayinə zamanı bir bakal pivə içdiyini səmimi olaraq etiraf etmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına şəxsən özü imza etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 469 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluğunun dərəcəsi yüngül dərəcəlidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şifahi vəsatətinə əsasən Yevlax rayon Mərkəzi Xəstəxanasının 113 xidmətinə müayinənin hansı üsulla aparılması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yevlax şəhər X4 Regional TTYM-nin baş həkimi Fazil İsmayılov tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Yevlax rayon Yol Polis Bölməsinin əməkdaşı polis baş leytenantı Fariz Hüseynov tərəfindən sərxoşluq vəziyyətinin yoxlanılması ilə əlaqədar Şəxs tibbi müayinəsi aparmaq məqsədilə məntəqələrinə müraciət olunmuş, müayinə zamanı Şəxs alkotestrlə yoxlanılmış və yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin dərəcəsi 0.4 % olmuşdur. Həkim X1 Məhərrəmovun spirtli İçki qəbul olunması ilə bağlı aktda yüngül dərəcəli sərxoşluq olmasını qeyd etsədə, texniki səhv olaraq promili qeyd etməmişdir. Bundan əlavə həkim X7 müayinə aparan zamanı məntəqələrinin feldşeri Bayram Həsənovun, Yevlax rayon Yol Polis Bölməsinin əməkdaşı Fariz Hüseynovun, həmin bölmənin əməkdaşı Yol Patrul Xidmətinin polis serjantı Şəmi Yunusovun və zərərçəkmiş şəxsin iştirakları ilə aparılmışdır. Şəxs məntəqənin həkimləri tərəfindən tərtib olunmuş sərxoşluq aktı ilə şəxsən tanış olmuş və həmin aktda öz imzası ilə qeyd olunanları təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və Yevlax RPŞnin DYPB-nin DAM-şi polis baş leytenantı X2 izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi" Qaydalarının təsdiq edilməsi barədə qərarının 2.3-cü bəndində göstərilir ki, alkaqolun qəbulu faktının xüsusi vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Məhkəmə qeyd edir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasının həkimi X3 Şəxs barəsində tərtib etdiyi müayinə aktında onun yüngül dərəcəli sərxoş olduğunu göstərsə də, həmin aktda Şəxs qanında alkoqolun konsentrasiyasının nə qədər olması öz əksini tapmamışdır. Qanunvericiliyin tələblərinə əsasən qanda alkoqolun konsentrasiyası 0.3 promilli və daha artıq olması göstərildiyi halda şəxs sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs özü həmin gün spirtli içki qəbul etməsini göstərməməsinə baxmayaraq, həmin vaxt onun qanında alkoqolun konsentrasiyasının hansı həddə olması müəyyən edilməmişdir. Həmçinin tibbi müayinə alkotestr vasitəsilə aparılsa da, nəticəni əks etdirən kağız daşıyıcı əlavə edilməmişdir. Buna görə də, məhkəmə Şəxs barəsində tərtib edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nm 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0.3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 3.2ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və.s) müayinəsi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q2-001-12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»-ın 5.16-cı maddəsinə əsasən YPX inspektoru alkotesteri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədilə nəfəs verilməklə yoxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda şahidlərin iştirakı ilə protokol tərtib olunaraq təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması nə onu tibbi müayinə edən şəxsin tərtib etdiyi akt və inzibati xəta haqqında protokol tərtib edən şəxsin məhkəmə iclası zamanı verdiyi izahatı ilə, nə də qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilər. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş materiallarda İXM-nin 333.3-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətanın xarakterini və mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş materiallarda İXM-nin 333.3-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-593/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-593/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver