Məhkəmə qərarları › İş №3(039)-593/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-593/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-593/2021 11.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Asaş Alüminyum.San və Tic.A.Ş.” at" şirkətindən 99JY830/10ZK830 nömrə nişanlı yük nəqliyyat vasitəsilə gələn, çəkisi 24304,79 kq Türkiyə istehsalı olan “Alüminium profillər” yükü XİFMN-nın ********** kodu altında bəyan edilərək 29.06.2021-ci il tarixli, **********7205 saylı gömrük bəyannaməsilə Yevlax gömrük postunda rəsmiləşdirilmiş və 27453,20 manat gömrük ödənişləri ödənilmişdir. Yükə baxış zamanı hüquqi şəxsin gömrük orqanına **********7205 saylı gömrük bəyannaməsi ilə bəyan etdiyi XİFMN-nin ********** kodu altında rəsmiləşdirilən çəkisi 24304,79 kq Türkiyə istehsalı olan “alüminium profillər” yükünün bəyan edildiyi kod üzrə uyğunluq təşkil etmədiyindən şübhələnərək həmin yükdən nümunələr götürülərək 01.07.2021-ci il tarixli, 1600-021/002-25/003169 saylı məktubla XİFMN-nin kodunun müəyyən edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin X2 İdarəsinə göndərilmişdir. X2 İdarəsinin 06.07.2021-ci il tarixli, 2200-012/003-25/003355 saylı cavab məktubuna əsasən, gömrük orqanına **********7205 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş XİFMN-nin ********** kodu altında rəsmiləşdirilən çəkisi 24304,79 kq Türkiyə istehsalı olan “alüminium profillər” yükünün 5363 kq hissəsi bəyannamədə göstərilən XİFMN-in kodu üzrə uyğunluq təşkil etsə də, həmin yükün 18942 kq hissəsi isə bəyannamədə göstərilən XİFMN-in kodu üzrə deyil ********** saylı XİFMN koduna uyğun gəldiyi müəyyən edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qeyd edilən faktla bağlı Qərb Ərazi Bas Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsi. Təhqiqat Şöbəsində 14.07.2021-ci il tarixdə 11000-0978/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. XİFMN-nın ********** kodu üzrə çəkisi 18942 kq Türkiyə istehsalı olan “Alüminium profillər” yükünə görə ödənilməli olan gömrük ödənişlərinin hesablanıb təhqiqat şöbəsinə məlumat verilməsi üçün Yevlax gömrük postuna 14.07.2021-ci il tarixli, 34/013/006461 savlı xidməti qeyd ünvanlanmışdır. ünvan 3əti qeydinə əsasən çəkisi 18942 kq Türkiyə istehsalı olan “Alüminium profillər” yükünə görə ödənilməli olan gömrük ödənişləri 10144.40 (idxal rüsumu 8694.43 AZN və ədv 1449.97 AZN) manat təşkil etdiyi qeyd edilmişdir. Lakin inzibati xəta haqqında protokol məhkəməyə təqdim edildikdən sonra MMC inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, ixracatçı şirkət müəssisənin sifariş etdiyi malları sənədlərində düzgün qeyd etməməsi səbəbindən aşkar edilmiş müxtəlif növ avadanlıq yükü gömrük bəyannaməsi ilə bəyan edilməmişdir. Təmsil etdiyi MMC-nin gömrükdən yayınmaq kimi bir məqsədi olmayıb, baş verənlər malı ixrac edən şirkətin səhlənkarlığı nəticəsində baş verib. Hazırda MMC inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Odur ki, MMC barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, ünvan 1 qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 17.07.2021-ci il tarixli, xidməti qeyddən görünür ki, **********7205 saylı, 29.06.2021-ci il tarixli bəyannamə üzrə netto çəkisi 24304,79 kq olan Türkiyə istehsalı alüminium profillər yükünə görə ödənilmiş cəmi 27453,20 manat gömrük ödənişləri nəzərə alınmaqla Dövlət Gömrük Komitəsi X3 İdarəsinin 06.07.2021-ci il tarixli, 2200-012/003-25/003355 saylı məktubunda qeyd edilmiş XİFMN kodu ********** olan 18942 kq alüminium profilləri yükü üzrə ödəniləcək gömrük ödənişləri 10144,40 (idxal rüsumu 8694,43 manat və ƏDV 1449,97 manat) manat təşkil edir; İş materiallarında olan 10.08.2021-ci il tarixli mədaxil qəbzlərinin surətlərindən görünür ki, " MRT” MMC tərəfindən büdcəyə cəmi 10144,40 manat ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "MRT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə baxış dövründə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən X6 bəyan edilmiş mallardan əlavə bəyan olunmayan mallara görə ödənilməli olan 8694.43 manat 43 qəpik idxal rüsumunun və 1449.97 manat əlavə dəyər vergisinin tam şəkildə ödənilməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Şəxs həmin Məcəllənin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar