Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-594/2020 14.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonu, Keştazlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Keştazlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020ci il tarixdə saat 11:00-da Yevlax şəhəri, Xəqani küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, Şəxs Xəqani küçəsində başqa şəxlərlə yığışaraq səs-küy salması barədə küçə sakinləri ona dəfələrlə şifahi şikayət etmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00-da xidməti ərazisində xidmətdə olan zaman Şəxs görmüş və onunla profilaktik söhbət etmək üçün ona yaxınlaşan zaman Şəxs onu görüb qaçmağa başlamışdır. Bu səbəbdən də o, Şəxs dəfələrlə qaçmamağı tələb etmişdir. Lakin Şəxs tabe olmayaraq öz hərəkətlərinə davam etdirmişdir. Bundan sonra o, Şəxs saxlayaraq rayon polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, Xəqani küçəsində yeznəsinə məxsus evdə fəhlə işləyir. İş yerinə gedən zaman tanıdıqları şəxslərlə həmin küçədə bir neçə dəfə söhbət etmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşı onu çağırdıqda o, qorxub qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşı onu saxlamışdır. Polis əməkdaşı onu saxladıqdan sonra ona vəzifəsini yerinə yetirdiyini bildirdikdə o, əsəbləşib uca səslə danışmışdır. Bundan sonra o, Yevlax rayon polis şöbəsinə dəvət olunmuşdur. O, etiraz etmədən polis əməkdaşı ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00-da Yevlax şəhəri, Xəqani küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxsxx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, protokolu tərtib etmiş şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-594/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-594/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver