Məhkəmə qərarları › İş №3(039)-596/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-596/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-596/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00.20 radələrində Yevlax şəhəri, C.Mustafayev küçəsində yerləşən Dostluq şadlıq sarayının qarşısında ictimai qaydanı pozaraq səs-küy salmış və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 00.20 radələrində Yevlax RPŞ-nin PPXBnün manqa komandiri polis serjantı Nicat Bəşirov və PPXB-nün polis nəfəri polis serjantı X7 şəhəri, C.Mustafayev küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin ictimai yerdə ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Bunu görən polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq sonuncunu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq adı və soyadı sonradan məlum olan Şəxs özünü qeyri səməmi aparmış və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən polis əməkdaşları həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər və raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişlər. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 33-də yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə gecə təxminən saat 00.10 radələrində Yevlax şəhəri, C.Mustafayev küçəsində yerləşən Dostluq şadlıq sarayının qarşısında olmuşdur. Həmin vaxt hirsli olduğu üçün ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bunu görən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onu nizam-intizama dəvət edərək, söyüş söyməməsini və sakitləşməsini bildirmişlər. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə edib, onların qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşman deyildir. Məhkəmədən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün manqa komandiri polis serjantı X4 izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 00.20 radələrində PPXB-nün polis nəfəri polis serjantı X6 şəhəri, C.Mustafayev küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin ictimai yerdə ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşaraq sonuncunu nizamintizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq, onlara qarşı kobudluq edərək öz hərəkətlərini davam etdirmişdir. Sonuncunun onların qanuni tələblərinə qəsdən tabe olmadığını görüb, onu rayon polis şöbəsinə gətirmişlər və raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişlər. RPŞ-də həmin şəxsin Yevlax şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3, şahid X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini, mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 33-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 16.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar