Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-597/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, X7 qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Aran qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2406/2016 №-li, 26 iyun 2016-cı il tarixli icra sənədinə yaranmış 14508 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyüki icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2406/2016 №-li, 26 iyun 2016-cı il tarixli icra sənədinə əsasən 28 sentyabr 2012-ci il təvəllüdlü X5 oğlu və 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2016-cı il tarixdən başlayaraq hər ay bir uşağa görə 117 manat olmaqla ümumilikdə iki uşağa görə 234 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X1 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkar Əfsanə Məmmədovanın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs ödənilməmiş 14508 manat aliment borcunun ödənilməsi tələb edilmiş və o, 29 iyul 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında o, bu işlə əlaqəli məhkəmədə olmadığını, iş üzrə özünü borclu bilmədiyini bildirmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun tələbkar Əfsanə Məmmədovaya 14508 manat məbləğində aliment borcunun olmasına dair icra şöbəsindən ona tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq almamışdır. İşləmədiyinə və maddi imkanı olmadığına görə göstərilən borcu hazırda ödəyə bilmir. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar Əfsanə Məmmədova xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun çıxışını, borclu Şəxs izahatını dinləyib, işdə olan sənədlərə baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildirişi almamışdır. Məhkəmə hesab edir ki, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun borclu Şəxs icra sənədi ilə bağlı tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-597/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-597/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver