Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-598/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 75-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Tağı Allahverdi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X6 22 iyul 2021-ci il tarixdə saat 20:51-də DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət edərək narkotik aludəçisi olan oğlu Şəxs evi dağıtması və evdə münaqişə yaratması barədə məlumat vermişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 22 iyul 2021-ci il tarixdə saat 20:50 radələrində ünvan 2 ünvanında yerləşən yaşadıqları evdə atası Allahverdi Həsənovla aralarında xırda mübahisə olmuşdur. O, atası Allahverdi Həsənovu söyüb təhqir etməmişdir. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, oğlu Şəxs narkotik vasitə istifadəçisidir. Şəxs hər gün evdən oğurluq edir, mütəmadi olaraq evdə səsküy yaradır və ondan pul tələb edir. 22 iyul 2021-ci il tarixdə saat 20 radələrində Şəxs evdən oğurluq etdiyini görüb ona iradını bildirdikdə yaşadıqları evdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs yaşadıqları evdə səs-küy salaraq onu söyüb təhqir etmişdir. Bundan sonra o, DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə polis sahə rəisi, polis mayoru Qurban Qasımovun çıxışını, şahid ifadəsini və Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, X3 Yevlax Rayon Polis Şöbəsinin rəisinə yazdığı 23 iyul 2021-ci il tarixli ərizədən görünür ki, o, oğlu Şəxs narkotik aludəçisi olduğunu, hər gün evdən ev əşyalarını oğurlayıb narkotik istifadə etdiyini, mütəmadi olaraq onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyini bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişdir. X6 29 iyul 2021-ci il tarixdə məhkəmə zalında verdiyi ifadəsində isə göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadıqları evdə oğlu Şəxs onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. İnzibati xəta haqqında 29 iyul 2021-ci il tаrixli MN ******* nömrəli protokoldan isə görünür ki, Şəxs 22 iyul 2021-ci ildə, saat 20:30-da atası X4 nalayiq söyüşlərlə söyərək təhqir ediyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 22 iyul 2021-ci ildə, saat 20:30-da atası Allahverdi Həsənov ilə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə etmiş və bu zaman Şəxs atası Allahverdi Həsənova qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-598/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-598/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver