Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-599/2020 01.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Yevlax rayonu Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi üzrə inzibati icraata başlanılması haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokuroru tərəfindən tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 1(039)-169/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Binnətöv Əlövsət Əkrəm oğlu balıqovlama bileti olmadan Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzi adlandırılan ərazisinəı gərələrək 01 ədəd kustar üsulla hazırlanmış qayıq və bir ədəd taxta avardan istifadə etməklə bir qədər Mingəçevir su ambarının içərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 25 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm olan iki ədəd tor quraraq xx xxxxxxxx 2019-cu il tarixdə saat 06:30a dək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 33 manat təşkil edən 13 ədəd sıf balığını xeyli miqdarda, yəni 429 manat ziyan vurmaqla qanunsuz tutmuş və həmin gün qurmuş olduğu torların vasitəsi ilə qanunsuz tutduğu balıqları sahilə çıxarkən su nəqliyyatında polis idarəsinin Mingəçevir xətt polis məntəqəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilən zaman ondan 01 ədəd kustar üsulla hazırlanmış qayıq, 01 ədəd taxta avar, hərbirinin uzunluğu 25 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm olan 02 ədəd tor və 13 ədəd sıf balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hər birinin qiyməti 33 manat olmaqla, ümumi dəyəri 429 manat təşkil edən 13 ədəd sıf balığını qanunsuz olaraq ovlamışdır. Buna görə o, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işlərinə məhkum edilmişdir. Bundan sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli, 68-VİQD saylı Qanununun onun barəsində tətbiq edilməsi üçün Yevlax Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə əməli cinayət məsuliyyəti yaratmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 7(039)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməli cinayət məsuliyyəti yaratmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Qərarın surəti Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Yevlax rayon prokuroru Ceyhun Almasov tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması” haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir; 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.0.6. maddəsinə əsasən bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Lakin Şəxs tərəfindən inzibati xəta xx xxxxxxxx 2019-cu il tarixdə törədildiyindən, inzibati xətanın törədildiyi vaxtdan bir il müddət, yəni məsuliyyətə cəlb etmə müddəti keçdiyindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53,114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairYevlax rayon prokuroru tərəfindən başlanılmış icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-599/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-599/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver