Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-599/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Məhsəti küçəsi ev 62-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 29 iyul 2021-ci il tarixdə saat 12:30 radələrində Yevlax şəhəri Məhsəti küçəsində polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 29 iyul 2021-ci il tarixdə saat 12:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis mayoru X3 ilə birlikdə xidməti ərazidə yerləşən “Dəvəçi” qəbirstanlığında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə getmişlər. Hadisə yerində məlum olmuşdur ki, faktla bağlı Yevlax şəhəri Məhsəti küçəsi 62 saylı evdə yaşayan Şəxs şübhəlidir. Şəxs Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində dindirilməsi üçün yaşadığı ünvana gedərkən küçədə onunla rastlaşmışlar. İzahatının alınması üçün polis şöbəsinə dəvət edərkən özünü qeyri səmimi apararaq polisin qanuni tələbinə tabe olmayaraq qaçmaq istəyərkən Şəxs onlar tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 29 iyul 2021-ci il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri Məhsəti küçəsində dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onu polis şöbəsinə dəvət etmişlər. O, polisin tələbinə tabe olmayaraq həmin yerdən uzaqlaşmaq istəyərkən polis əməkdaşları onu məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Səhvini başa düşür, törətdiyi əmələ görə səmimi peşmandır. Əməliyyat müvəkkili, polis mayoru X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 29 iyul 2021-ci il tarixdə saat 12:30 radələrində polis sahə rəisi, polis mayoru Qurban Qasımov ilə birlikdə xidməti ərazidə yerləşən “Dəvəçi” qəbirstanlığında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə getmişlər. Hadisə yerində məlum olmuşdur ki, faktla bağlı Yevlax şəhəri Məhsəti küçəsi 62 saylı evdə yaşayan Şəxs şübhəlidir. Şəxs Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində dindirilməsi üçün yaşadığı ünvana gedərkən küçədə onunla rastlaşmışlar. İzahatının alınması üçün polis şöbəsinə dəvət edərkən özünü qeyri səmimi apararaq onun qanuni tələbinə tabe olmayaraq qaçmaq istəyərkən Şəxs onlar tərəfindən saxlanılaraq məcburi qaydada polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində dinrilərkən Şəxs oğurluq etdiyini etiraf etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, mayoru X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, 29 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 iyul 2021-ci il tarixdən saat 12:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-599/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-599/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver