Məhkəmə qərarları › İş №3(039)-6/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-6/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-6/2020 06.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan Şəxs vəsatətinə işə materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: Yevlax Rayon Məhkəməsinin 3(039)-61/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında işüzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİnin xx xxxxxx 2018-ci tarixli inzibati xəta haqqında işüzrə qərarına əsasən ona tətbiq edilmiş 10 manat məbləğində cəriməni və həmin cərimənin üzərinə hesablanmış 06 manat məbləğində dəbbə pulunu, cəmi 16 manat məbləğində pulu müvafiq bank hesabına ödədiyini göstərib nəqliyyat vasitələrini idarə etmə hüququnun altı ay müddətə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin 3(039)-61/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında işüzrə qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədəvəsatət vermişşəxs Şəxs xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə vəsatətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. MəhkəməŞəxs vəsatətinı və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, vəsatət əsaslıdır. Belə ki, işə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin 77 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki,Şəxs ona tətbiq edilmiş 16 manat məbləğində cərimə borcunu tam şəkildə müvafiq bank hesabına ödəmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cümaddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracaga gərilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında işüzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 152.5-ci maddəsinəəsasən, barəsində yol hərəkəti qaydalarıəleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmışşəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə qanunun yuxarıda göstərilən müddəalarına əsasən bu nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu müvafiq bank hesabına tam şəkildəödədiyi üçün onun barəsində olan xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında işüzrə qərara məhkəmə tərəfindən xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun altı ay müddətə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin 3(039)-61/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında işüzrə qərarına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar