Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-600/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, X3, Tələbkar X1 Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Onun barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, X5, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, X7 tərəfindən Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Böyük icra məmuru, X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-105/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 5000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və tələbkar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 19 manat 80 qəpik və 137 manat ekspertiza xərci məbləğində pul alınaraq tələbkar X2 qaytarılmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış tədbirləri nəticəsində tələbkarın xeyrinə 1000 ABŞ dolları ödənilmişdir. Qalan borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan 5000 ABŞ dolları borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxxxxxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında qalan borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay 150 manatdan az olmayaraq ödəniş edəyəcəyini, işinin olmamasını, buna görə də borcunu ödəyə bilmədiyini bildirdi. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkar X2 5000 ABŞ manat məbləğində borcunun olduğunu, bu borcdan 1000 ABŞ dolları ödədiyini və işləmədiyinə görə maddi vəziyyəti çətin olduğu üçün icra sənədi üzrə qalan borcunu tələbkar X2 ödəyə bilməmişdir. Hazırda qalan borcundan tələbkar Gülnaz Süleymanaovaya 200 manat ödəmişdir. Qalan borcunu hissə-hissə ödənilməsi üçün aralarında razılığa gəlimişlər. Hazırda Şəxs barəsində olan İXM-nin 528.1-ci maddəsi ilə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə böyük icra məmuru, X3, borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-600/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-600/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver