Məhkəmə qərarları › İş №3(039)-600/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-600/2021

31.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-600/2021 31.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytennatı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İşləməyən, Yevlax rayonu Aran qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 31 iyul 2021-ci il tarixdə saat 01:15 radələrində “VAZ-2109” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax rayonu Aran qəsəbəsində idarə edərkən yol patrul inspektrou tərəfindən saxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü Şəxs avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edir. Həmçinin Şəxs oğlu 31 iyul 2021-ci il tarixdə saat 01:15 radələrində Yevlax rayonu Aran qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olamamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Xudabaxış Rüstəmbəyli bildirmişdir ki, 31 iyul 2021-ci il tarixdə saat 01:15 radələrində Yevlax rayonu Aran 1 qəsəbəsində polis nəfəri, polis serjantı X6 və polis nəfəri, polis kiçik serjantı Sənan Qarayev ilə birlikdə xidmətdə olan zaman “VAZ-2109” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili idarə edərkən şübhəli olduğu üçün ona saxla işarəsi vermiş, avtomobili saxlayan zaman yaxınlaşıb özlərini təqdim etmiş, avtomobildən düşən sürücünün spirtli içki qəbul etdiyi müəyyən edilmiş, bu barədə efir vasitəsi ilə dövlət yol polis bölməsinə məlumat vermişlər. Həmin şəxsin kimliyini soruşan zaman qəsdən onların qanuni tələbinə tabe olmadığı üçün həmin şəxsi polis şöbəsinə gətirmişlər. Bundan sonra polis nəfəri, polis serjantı X6 və polis nəfəri, polis kiçik serjantı X11 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 31 iyul 2021-ci il tarixdə saat 01 radələrində evində olan qonağı ilə birlikdə yeyib içdikdən sonra, siqaret almaq üçün qonağının avtomobilinə əyləşib mağaza getmişdir. Yolda polis əməkdaşları onu saxlamış, içkili olduğuna görə həkim müayinəsinə aparan zaman o bundan imtina etmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Məhkəmə iclasında yol patrul xidməti inspektoru, polis baş serjantı X7 şahid qismində ifadə verərək bildirmişdir ki, 31 iyul 2021-ci il tarixdə saat 01 radələrində Yevlax rayonu ərazisində xidmətdə olarkən PPXB-nin əməkdaşları Yevlax rayonu Aran qəsəbəsində bir nəfər şəxsin sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlanıldığını bildirib onu həmin əraziyə çağırmışlar. O, həmin əraziyə gedərək sürücünü polis əməkdaşları ilə birlikdə məcburi qaydada həkim müayinəsindən keçirməyə aparmış, sürücü orada səs-küy salaraq şəxsiyyəti barədə məlumatları verməyərək, onların qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan 31 iyul 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 31 iyul 2021-ci il tarixdə saat 01:58-dən inzibati qaydada tutulmuşdur. İşdə olan 399 №-li, 31 iyul 2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs 31 iyul 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələri, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 və yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib edilmiş MN ******* №-li, İXP ******* №-li, 31 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokollarla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə 334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi sanksiya nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 31 iyul 2021-ci il tarixdən saat 01:58-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar