Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-602/2020 18.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə X4 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X10 xx xxxxxxxx 2020-ci il tarixdə saat Yevlax rayonu, Ərəş kəndində yaşayan X6 evinin həyətindən 1 ədəd samovar, aliminium qazan və qab-qacaq oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X8 izah etdi ki, Yevlax rayonu, Ərəş kəndində yaşayan X11 xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nə ərizə ilə müraciət edərək, qaynı Camı Babayevin müxtəlif vaxtlarda onun yaşadığı evə gələrək bir ədəd elektrik samovar, aliminum qazan və qab-qacaq oğurladığını bildirərək, Camı Babayevin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və X4 əməlində cinayət tərkibi olmadığından material üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. X12 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izah etdi ki, heç bir yerdə işləmir. Elgiz Baxışov onun qaynıdır. Maddi imkanı olmadığı üçün qaynı X14 rayonu, Ərəş kəndində yerləşən evinin həyətindən bir ədəd elektrik samovar, bir ədəd qazan və beş ədəd yemək boşqabı oğurlamışdır. Oğurladığı samovarı 12 (on iki) manata tanımadığı şəxsə satmış, beş ədəd boşqab və qazan isə evindədir. X15 vurmuş olduğu ziyanı ödəyə bilmir. Törətdiyi əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxsə ümumilikdə 70 (yetmiş) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X10 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X4 haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. X4 əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şəxsiyyətini, məsuliyyətini yüngüləşdirən halları, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olduğunu və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X10 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 88-də qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş X10 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 11.20-dən hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti X7 təqdim edilsin. X2 70 (yetmiş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X9 ödənilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-602/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-602/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver