Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-602/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Havarlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş materialda qeyd olunur ki, Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən özünə məxsus yaşayış evinin həyətində 2 ədəd narkotik tərkibli çətənə kolları yetişdirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulmuş, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, 07 iyul 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx xxxxxxx 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmuş, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs məxsus evin həyatyanı sahəsində 2 ədəd dibçəkdə 2 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq götürülmüşdür. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Toplanmış material üzrə Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, əvvəllər məhkum olunmuşdur. 2021-ci ilin mart ayının 19-da azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. O, vaxtlar Yevlax rayonu Havarlı kəndində Kür axmazlığı tərəfdən çətənə toxumları tapmışdır. Həmin toxumları özündə saxlamış, təxminən 1 ay əvvəl 2 ədəd toxumu yaşadığı evdə dibçəkdə əkmiş və qulluq etmişdir. Lakin həmin narkotik vasitədən hələlik istifadə etməmişdir. Narkotik kollarını yalnız özü gələcəkdə istifadə etmək üçün əkmişdir. 07 iyul 2021-ci il tarixdə polis əməkdaşları onun evinə gələrək onun icazəsi ilə evinə baxış keçirmişlər. Baxış zamanı evin həyətində olan parnikin içində dibçəkdə əkdiyi 2 ədəd çətənə kolunu özü könüllü polis əməkdaşlarına göstərərək təqdim etmişdir. Qanunsuz olaraq əkdiyi narkotik vasitəni heç kimə indi və ya gələcəkdə satmaq niyyəti olmamış. Törətdiyi əməldən peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2021-ci il tarixli qərarla, polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş MN ******* №-li, 03 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokollarla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2021-ci il tarixli qərarından görünür ki, tplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsi; Maddə. 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə -iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-602/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-602/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver