Məhkəmə qərarları › İş №3(039)-603/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-603/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-603/2020 18.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 Yol Patrul Xidməti Alayının 13-cü tağımından daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququ olmadan xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:41-də Yevlax-Ağdam-Laçın yolunun 1-ci kilometrliyində idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 Əli oğlunun idarə etdiyi “VAZ 21099” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “VAZ 21099” minik markalı avtomobil isə sağa doğru istiqamətlənib yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz 311 CDİ” markalı ** RU *** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 Əli oğlu xəsarət almışdır. Bununla da ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət X5 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:41-də Yevlax-Ağdam-Laçın yolunun 1-ci kilometrliyində idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaqdoldurma məntəqəsindən hərəkətə başlayan zaman arxadan gələn “VAZ 21099” minik markalı avtomobillə toqquşmuş, bundan sonra həmin avtomobil isə sağa doğru istiqamətlənib yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Mersedes Benz 311 CDİ” markalı mikroavtobusla toqquşmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:41-də Yevlax-Ağdam-Laçın yolunun 1-ci kilometrliyində idarə etdiyi “VAZ 21099” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolun kənarındakı yanacaq doldurma məntəqəsindən “Chevrolet Cruze” minik markalı avtomobil qəflətən çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə o, yüngül xəsarət almışdır, avtomobilinə isə ziyan vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququ olmadan xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:41-də Yevlax-Ağdam-Laçın yolunun 1-ci kilometrliyində idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 Əli oğlunun idarə etdiyi “VAZ 21099” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “VAZ 21099” minik markalı avtomobil isə sağa doğru istiqamətlənib yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz 311 CDİ” markalı ** RU *** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 Əli oğlu xəsarət almışdır. Bununla da o,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmişdir və inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Baş Dövlət X5 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayına göndərilmişdir; Avtovaz Texniki Xidmət Yevlax 1 Saylı “Xəzər-Lada” səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli 45 nömrəli rəyindən görünür ki, “VAZ 21099” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2660 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar