Məhkəmə qərarları › İş №3(039)-603/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-603/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-603/2023 18.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X5 Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,şəki rayonu Quxmuq kəndində qeydiyyatında olan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Goranboy rayonu Ərazisindən keçən 305-ci kilometrliyində sürücü Şəxs idarə etdiyi Hyundai Elantra arkalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan X1 idarə etdiyi Qaz 33021 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol nəqliyyat hadisəsini törətmişdir.Nəticədə Qaz 33021 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X2 yüngül bədən xəsarəti yetirmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxəş edərək, xx.xx.2023-cü il tarixdə 07:50 radələrində Bakı-Qazax yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə sağ zolaqda hərəkətdə olan Qaz 33021 markalı **-BB-*** d.q.nişanlı avtomobili gec görmüş,dərhal əyləci sıxıb sükanı sola döndərmiş,lakin qəzadan yayınmaq mümkün olmadığını,hadisə zamanı sərxoş olmadığını,qəzadan hec bi bədən xəsarəti almadığını,əməlindən səmimi peşmançılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ünvanlayaraq,hadisə nəticəsində xəsarət aldığını,ona ziyan dəydiyini,ziyanın ödənilmədiyi, bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul ediləsin xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx.xx.2023-cü tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində Bakı-Qazax- Gürcüstan yolunun Goranboy rayonu Ərazisindən keçən 305-ci kilometrliyində sürücü Şəxs idarə etdiyi Hyundai Elantra arkalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan X1 idarə etdiyi Qaz 33021 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol nəqliyyat hadisəsini törətmişdir cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X3 X6 göndərilməsi qərara alınmışdır. 212 №-li, xx.xx.2023-cü il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin məcəllənin 36.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar