Məhkəmə qərarları › İş №3(039)-604/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-604/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-604/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müfadiəçisi Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax şəhərində anadan olmuş, rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3, mənzil 6-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4150/2018 №-li, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 7004 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4150/2018 №-li, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Şəxs 29 may 2018-ci il tarixdən başlayaraq 05 sentyabr 2010cu il təvəllüdlü Məmmədova Lalə zaur qızı və 10 mart 2015-ci il təvəllüdlü Məmmədov Rəsul zaur oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 7004 manat borcunun ödənilməsi tələb edilmiş və o, 03 avqust 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, tələbkar Samirə Məmmədovanın xeyrinə bügünə kimi cəmi 1600 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə tələbkar Samirə Məmmədovaya 7004 manat məbləğində aliment borcu yaranmışdır. Mebel ustasıdır, aylıq qazancı 400-450 manat təşkil edir. Aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur, ancaq vaxt verilərsə hissə-hissə ödəyəcəkdir. İnzibati işə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X3 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev tərəfindən tərtib edilmiş MN ******* №-li, 03 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar