Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-604/2022 03.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlu Şəxs oğlunun barəsində toplanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə materiallar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədilməsi haqqında materialları tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Yevlax Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını istisna edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar 3(039)-599/2022, 3(039)-600/2022, 3(039)-601/2022, 3(039)-602/2022, 3(039)-603/2022, 3(039)-604/2022 və 3(039)-605/2022 nömrələri ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs oğlunun ayrı-ayrı vaxtlarda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 14 mart 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(039)-599/2022, 3(039)- 600/2022, 3(039)-601/2022, 3(039)-602/2022, 3(039)-603/2022, 3(039)-604/2022 və 3(039)- 605/2022 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(039)- 605/2022 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi tərtib olunmuş inzibati xəta haqqında materiallar baxılması üçün icraata qəbul edilsin.
2. Məhkəməsinin icraatında olan 3(039)-599/2022, 3(039)-600/2022, 3(039)-601/2022, 3(039)-602/2022, 3(039)-603/2022, 3(039)-604/2022 və 3(039)-605/2022 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(039)-605/2022 nömrəli nömrə ilə davam etdirilsin.
3. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
4. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Hakim Ruslan Əlizadə