Məhkəmə qərarları › İş №3(039)-605/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-605/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-605/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X5, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 5-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 25 iyul 2021-ci il tarixdə Yevlax şəhəri M.Ş.vazeh küçəsi ev 7-də yaşayan Zərərçəkmiş şəxs məxsus dəyəri 80 manat olan velosipedi oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, Yevlax şəhəri M.Ş.Vazeh küçəsi ev 3, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs məxsus 50-100 manat dəyərində evin həyətindən velosipedinin oğurlanması barədə 25 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi sisteminə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 31 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü qismən təqsirli bilərək söyləmişdir ki, 25 iyul 2021-ci il tarixdə Yevlax şəhəri M.Ş.Vazeh küçəsində binnaın qarşısından bir ədəd velosipedin təkərlərini və qanadını oğurlamışdır. Oğurladığı həmin əmlakları sahibinə qaytarmışdır. Əməlindən peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. Telefon əlaqəsi zamanı Zərərçəkmiş şəxs inzibati xəta törətmiş şəxs Şəxs şikayətçi olduğunu bildirmişdir. İşə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 02 avqust 2021-ci il tarixdə saat 19:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X11 oğlu tərəfindən tərtib edilmiş MN ******* №-li, 03 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Bu səbəbdən o, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 02 avqust 2021-ci il tarixdən saat 19:30-dan hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərəz çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar