Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-606/2021 13.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Şəxs barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş materialda qeyd olunur ki, Şəxs 2020-ci ilin avqust ayı ərzində ayrı-ayrı günlərdə karantin vaxtlarında Bakı qeydiyyatı olmayan şəxslərin Bakı şəhərinə manesiz daxil olmalarına rəsmi qaydada icazə alınmaqla köməklik edilməsi adı ilə aldadaraq Asif Nuriyevdən 2020-ci ilin avqust ayında müəyyən edilməyən gündə 10 manat pulunu, İqbal Novruzovun özünün karantin vatlarında Bakı şəhərinə daxil olması üçün 2020-ci ilin avqust ayında 30 manat pulunu, digər şəxslərin isə Bakı şəhərinə maneəsiz daxil olması üçün 2020-ci ilin avqust ayı ərzində Nicat Allahverdiyevin 150 manat pulunu, Rüstəm Məhərrəmovun 2020-ci ilin 29 avqust tarixində karantin vaxtlarında Yevlax rayonundan Bakı şəhərinə maneəsiz hərəkət etməsi üçün icazə alınması məqsədilə 20 manat pulunu, Şöhrət Elcanlının 12 avqust 2020-ci ildə karantin vaxtlarında Yevlax rayonundan Bakı şəhərinə maneəsiz hərəkət etməsi üçün icazə alınması məqsədilə 10 manat pulunu, Fəqani Cəlilovun 2020-ci ilin avqust ayında Bakı şəhərinə aparacağı sərnişinlərin Bakı şəhərinə maneəsiz daxil olması üçün 50 manat pulunu, Lətif Quliyevin karantin vaxtlarında Bakı şəhərinə maneəsiz daxil olması üçün 2020-ci ilin noyabr ayı ərzində 10 manat pulunu Yevlax rayonu ərazisində ələ keçirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Yevlax Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X14 əvvəlki məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 2020-ci ilin avqust ayı ərzində ayrı-ayrı günlərdə karantin vaxtlarında Bakı qeydiyyatı olmayan şəxslərin Bakı şəhərinə manesiz daxil olmalarına rəsmi qaydada icazə alınmaqla köməklik edilməsi adı ilə aldadaraq Asif Nuriyevdən 2020-ci ilin avqust ayında müəyyən edilməyən gündə 10 manat pulunu, İqbal Novruzovun özünün karantin vatlarında Bakı şəhərinə daxil olması üçün 2020-ci ilin avqust ayında 30 manat pulunu, digər şəxslərin isə Bakı şəhərinə maneəsiz daxil olması üçün 2020-ci ilin avqust ayı ərzində Nicat Allahverdiyevin 150 manat pulunu, Rüstəm Məhərrəmovun 2020-ci ilin 29 avqust tarixində karantin vaxtlarında Yevlax rayonundan Bakı şəhərinə maneəsiz hərəkət etməsi üçün icazə alınması məqsədilə 20 manat pulunu, Şöhrət Elcanlının 12 avqust 2020-ci ildə karantin vaxtlarında Yevlax rayonundan Bakı şəhərinə maneəsiz hərəkət etməsi üçün icazə alınması məqsədilə 10 manat pulunu, Fəqani Cəlilovun 2020-ci ilin avqust ayında Bakı şəhərinə aparacağı sərnişinlərin Bakı şəhərinə maneəsiz daxil olması üçün 50 manat pulunu, Lətif Quliyevin karantin vaxtlarında Bakı şəhərinə maneəsiz daxil olması üçün 2020-ci ilin noyabr ayı ərzində 10 manat pulunu Yevlax rayonu ərazisində ələ keçirtdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün materaillar üzrə Yevlax Rayon Polis X5 müstəntiqi, polis baş leytenantı Vüsal Musazadə tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2021-ci il tarixli qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Yevlax Rayon Prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 31 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək söyləmişdir ki, 2020-ci ilin avqust ayında, dəqiq tarix yadına qalmayıb tanıdığı taksi faəliyyəti ilə məşğul olan X11 ona müraciət edərək onun karantin vaxtı ölkə ərazisində sərbəst hərəkət etməsi üçün ona köməklik göstərməyini xahiş etmişdir. Bu səbəbdən o, İqbala ASAN İMZA açdırmasını bildirmişdir. İqbal ASAN İMZA açdıraraq yenidən onun yanına gəlmişdir. O, İqbalı elekton hökümət portalında ölkə ərazisində sərbəst hərəkət edə bilməsi üçün qeydiyyatdan keçirtmişdir. O, bunun qarşılığında İqbaldan 10 manat pul almışdır. Belə ki, İqbal ASAN İMZA alan zaman sahibkar kimi fəaliyyət göstərən şəxs olur. Bundan sonra İqbal dəfələrlə öz müşətrilərini qeydiyyatdan keçirtmək üçün ya onun yanına gətirmiş, ya da onların şəxsiyyət vəsiqələrinin şəkilini çəkərək ona atmışdır. O da həmin şəxsləri, yəni iqbalın müştərilərini İqbalın adına olan ASAN İMZA vasitəsi ilə elektron əmr ilə iqbalın işçisi kimi, yəni xadiməçi, çilingər və s. qaydada işə götürmüşdür. Bu zaman həmin şəxslər İqbalın işçisi kimi qeydiyyata düşmüşdür. Bundan sonra da o, həmin şəxsləri elekton hökümət portalından qeydiyyatdan keçirdərək “icazə.gov.az” sayıtında icazələrini almışdır. O, iqbalı qeydiyyatdan keçirdikdən sonra İqbal ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan digər iş yoldaşları onun yanına gəlmişdir. Belə ki, Yevlax şəhər avtovağzalının dispeçeri Nicat ayrı-arı vaxtlarda dəqiq tarixi yadında qalmayıb X12, X13 və X7 onun yanına göndərmişdir. Həmin hadisə 2020-ci ilin avqust ayından başlayaraq davam etmişdir. Bunun qarşılığında taksi sürücüləri hər bir müştəriyə görə 5 manat, 10 manat və s. bu qaydada ona ödəniş edirdilər. Bu hadisə dəfələrlə olmuş və o, həmin şəxslərin müştərilərini karantin müddəti ərzində onların adına elektron əmr ilə işə götürüb, işdən çıxarmışdır. O, karantin rejimi ilə əlaqədar olaraq maddi sıxıntısı olduğu üçün həmin əməli törtəmişdir. O, Samir Kərimovun, Lətif Quliyevin, Fəqani Cəlilovun və İqbal Novruzovun adına həmin şəxsləri işə götürən zaman məqsədi maddi gəlir əldə etmək olmuşdur. Əməlindən peşmandır. Hazırda zərər çəkmiş şəxslərlə barışmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərər çəkmiş şəxslər Asif Nuriyev, İqbal Novruzov, Nicat Allahverdiyev, Rüstəm Məhərrəmov, Şöhrət Elcanlı, Fəqani Cəlilov və Lətif Quliyev məhkəmə iclasına gəlməmişlər. Zərər çəkmiş şəxslər X17, X15, X3 və X18 məhkəməyə teleqram ünvanlayaraq Şəxs heç bir şikayətlərinin olmadığını bildirmişlər. Zərər çəkmiş şəxs X11 isə məhkəməyə ərizə təqdim edərək Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin zərər çəkmiş şəxslər Şöhrət Elcanlı və Nicat Allahverdiyev barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində məhkəməyə heç bir münasibət bildirməmişlər. İşə əlavə edilmiş Yevlax Rayon Polis X20 Nazirliyinin Yevlax Rayon Polis X5 müstəntiqi, polis baş leytenantı X6 sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi əlamətlərinin, həmçinin inzibati xəta əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti Yevlax Rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxslərin inzibati araşdırma zamanı vermiş olduqları ifadələri və işin digər materialları ilə tam təsdiq edilmişdir. Bu səbəbdən o, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 avqust 2021-ci il tarixdən saat 10:50-dən hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərər çəkmiş şəxslər X8 və X4 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-606/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-606/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver