Məhkəmə qərarları › İş №3(039)-607/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-607/2022

04.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-607/2022 04.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 3, mənzil 2-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 04 iyun 2022-ci il tarixdə saat 03:10 radələrində Yevlax şəhəri S.Vurğun küçəsində yerləşən “Ağ Zambaq” adalanan çörək bişirmə sexinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı İlqar Məmmərzayev izah etdi ki, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Sənan Qarayev və polis kiçik serjantı Elvin Məmmədov 04 iyun 2022-ci il tarixdə birlikdə Yevlax şəhəri ərazisində xidmətdə olarkən saat 03:10 radələrində Yevlax şəhəri S.Vurğun küçəsində yerləşən “Ağ Zambaq” adalanan çörək bişirmə sexinin qarşısında bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış, həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfəri, polis kiçik serjantı Sənan Qarayev raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 04 iyun 2022-ci il tarixdə saat 03 radələrində çörək almaq üçün Yevlax şəhəri S.Vurğun küçəsində yerləşən “Ağ Zambaq” adalanan çörək bişirmə sexinə getmişdir. İçkili olduğundan orada tanımadığı bir nəfər şəxslə mübahisə etmiş və onunla dalaşmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etmiş, lakin içkili olduğundan öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində ona qarşı heç bir zor tədbiq edilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis kiçik serjantı X4 bildirmişdir ki, polis nəfəri, polis kiçik serjantı Elvin Məmmədov 04 iyun 2022-ci il tarixdə birlikdə Yevlax şəhəri ərazisində xidmətdə olarkən saat 03:10 radələrində Yevlax şəhəri S.Vurğun küçəsində yerləşən “Ağ Zambaq” adalanan çörək bişirmə sexinin qarşısında bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış, həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs onun tələbinə qəsdən tabe olmadığı üçün tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 04 iyun 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 04 iyun 2022-ci il tarixdə saat 03:20-dən inzibati qaydada tutulmuşdur. 123 №-li, 04 iyun 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 04 iyun 2022-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və (inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi) ağırlaşdıran hallar kimi nəzərə alınır. İnzibati Xətalar Məcəlləsi: Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını İXM-32.1.1, hazırkı iş üzrə sonuncunun məsuliyyətini ağırlaşdıran halların, inzibati xətanı sərxoş halda törətməsini, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 04 iyun 2022-ci il tarixdən saat 03:20-dən hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar