Məhkəmə qərarları › İş №3(039)-609/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-609/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-609/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin nümayəndəsi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 iştirakları ilə, Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X11 tərəfindən tərtib edilmiş 05.05.2021-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin rəisi X8 tərəfindən 27.05.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 200 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X12 baytarlıq baxışından keçirilməyən baytarlıqsanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsimi ilə məşğul olmuşdur. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin rəisi X8 tərəfindən 27.05.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin 27 may 2021-ci il tarixli MN seriyalı ******* №-li qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilmişdir. Həmin qərarın surətini 02 avqust 2021-ci ildə icra və probasiya şöbəsindən onu dəvət edən zaman əldə etmiş (Regional Bölmənin özü həmin qərarı ona göndərməmişdir) və müddəti ötürmədən şikayət vermişdir. Həmin qərar belə əsaslandırılmışdır ki, Yevlax şəhəri Vaqif küçəsində ona məxsus olan qəssabxanada baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi ilə məşğuldur. Lakin o, bir mənalı olaraq həmin qərarla razı deyil. Belə ki, ona məxsus olan qəssabxanada bütün sanitar-gigiyena qaydalarına tam əməl olunur. Qəssabxanada xüsusi soyuducu və hər cür şərait vardır. Suyu daimidir. Qəssabxanada bütün heyvanlar dini, şəriət və sanitar qaydalara uyğun olaraq kəsilir və satılır. Satılan ət hər zaman qəssabxananın içindən asılır, çöldə, yol kənarında heç vaxt saxlanılmır. Həmçinin onun qəssabxanasının bütün sənədləri də vardır. Hətta qəssabxana kimi fəaliyyət göstərməyi üçün sərəncam da verilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X12 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Qida X2 Regional bölməsi tərəfindən barəsində qəbul edilmiş qərarın surətini 02.08.2021-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsindən əldə etmişdir. O, həmin gün Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin əməkdaşlarının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən 200 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul etdiklərini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özünə məxsus qəssabxananı qida təhlükəsizlik bölməsinin əməkdaşlarının əvvəldən ona dedikləri şəraitdə yəni, qəssabxananın daxilinə kafel, soyuducu, su sistemi və s. avadınlaqlar quraşdırmışdır. Bundan əlavə olaraq hazırda Yevlax şəhəri ərazisində heyvan kəsimi məntəqəsinin olmadığını və bunun da onların işinə maneəçilik yaratdığını bildirərək, barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin nümayəndəsi X1 Nizami Şəfi oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, əvvəllər X9 ət kəsimini xüsusi ayrılmış kəsim məntəqələrində həyata keçirməsi barədə göstəriş verilsə də o, özünə məxsus qəssabxanada ət kəsimini təkrar olaraq həyata keçirmişdir. Bununla əlaqədar Yevlax rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X11 tərəfindən 05.05.2021-ci il tarixdə MN ******* saylı protkol tərtib edilmiş və həmnin protokol əsasında Qida X2 Regional bölməsinin rəisi X8 tərəfindən 27.05.2021-ci tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Mübahisələndirilən qərar X9 göndərilmiş və 02.06.2021-ci il tarixdə X12 tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. X12 həmin qərardan şikayət vermə müddətini ötürdüyündən və qərar əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçi inzibati qərardan şikayəti prosessual müddəti ötürməklə verdiyi üçün şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi xəbərnamənin surətindən görünür ki, mübahisələndirilən qərar 02.06.2021-ci il tarixdə X12 tərəfindən qəbul edilmişdir. X17 oğlu şikayət ərizəsini 03 avqust 2021-ci il tarixdə yazmaqla 03 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, şikayət verən İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini pozmuş-şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş, müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qida X2 Regional bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 27.05.2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X12 tərəfindən verilmiş şikayət müddət ötürülərək verildiyindən baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan X12 tərəfindən verilmiş şikayət müddət ötürülərək verildiyindən baxılmadan geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar