Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-609/2022 06.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Bakıxanov küçəsi ev 119-da yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 29 may 2022-ci il tarixdə ünvan 1 ünvanından X6 məxsus evin həyətindən 28 ədəd cücələri oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Qurban Qasımov izah etdi ki, ünvan 2 ünvanında yaşayan X7 29 may 2022—ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə X8 22 fevral 2022-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətindən 56 manat dəyərində 28 ədəd cücənin naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir. Bu barədə Yevlax RPŞ-nin TBdə araşdırma aparılmışdır. Yevlax Rayon Polis X2 03 iyun 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 29 may 2022-ci il tarixdə Yevlax şəhəri X.R.Ulutürk küçəsində yerləşən evin həyətindən 28 ədəd cücə oğurlamışdır. Oğurladığı cücələri 45 manata tanımadığı şəxsə satmışıdır. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X7 məhkəməyə gəlməmişdir. İşdə olan 04 iyun 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 04 iyun 2022-ci il tarixdə saat 18:40-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis X3 baş təhqiqatçısı, polis kapitanı X5 03 iyun 2022-ci il qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmancılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək 2 (iki) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək Şəxs barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs elektron nəzarət vasitələri tətbiq edilməklə, üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-609/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-609/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver