Məhkəmə qərarları › İş №3(039)-610/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-610/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-610/2021 18.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin 15 mart 2021-ci il tarixli, 01400/0317 saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X12 tərəfindən tərtib edilmiş 10.03.2021ci il tarixli, 01400-0085/21 saylı protokol əsasında Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 tərəfindən 15.03.2021-ci il tarixdə qəbul edilmiş 01400/0317 saylı inzibati tənbeh vermə haqqında qərar ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 16.657,5 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X10 idarə etdiyi '‘SCANİA*’ markalı, **-HD-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 14.01.2021-ci ıl tarixdə, saat 17:00 radələrində Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olmuşdur. X10 şifahi sorğu-sual zamanı, idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində uzunluğu 60 sm, eni 50 sm olan karton qutuların hər birində 4-5 ədəd olmaqla ümumilikdə 37 ədəd parça torbada canlı orqanizm- zəli olduğunu bildirmiş və həmin zəliləri 13.01.2021-ci il tarixdə, saat 01:41 radələrində nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərindəki döşəyin altında gömrük nəzarətindən gizlətməklə “Samur" gömrük postunun ixrac gömrük nəzarəti zonasından keçirməklə Rusiya Federasiyası istiqamətinə apardığını etiraf etmişdir. Həmçinin, o bildirmişdir ki, həmin canlı orqanizm- zəlilər Rusiya Federasiyasının “Yaraq- Kazmalar" gömrük postunda gömrük nəzarəti zamanı askar olunmuş və Azərbaycan Respublikasına geri qaytarılmışdır. Avtomobilin kabinasına baxış keçirilərkən, 37 ədəd parça torba aşkar olunmuş, torbalar açılıb yoxlanılmış və içərisində torpaq qatqısı ilə birlikdə zəlilər olduğu müəyyən olunmuşdur. Həmin torbalarda ümumilikdə isə 33315 ədəd canlı orqanizim-zəli olduğu müəyyən edilmişdir. Ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 33315 ədəd tibbi zəlinin qiyməti 33315 manat təşkil etmişdir. Bu məbləğ 50000 manatdan az olduğu üçün Fuad Əsgərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, tibbi zəlinin dəyərinin 50%-i miqdarında cərimə olunmuşdur. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 tərəfindən 15.03.2021-ci il tarixdə qəbul edilmiş 01400/0317 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırılmışdır ki, barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarın surətini almasa da, Yevlax rayon icra və probasiya şöbəsinin xəbərdarlıq məktubundan məlumatı olmuşdur. Lakin ona rəsmi qaydada hər hansı bir qərar və ya protokol təqdim olunmamışdır. O, qeyd olunan qərarın surətinin ona təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinə müraciət etsə də, ona cavab olaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək 16657,5 manat cərimə edilməsi və həmin qərarın ona təqdim olunduğu bildirdilmişdir. Həqiqətdə isə ona qərar gəlməmişdir. Bu səbəbdən də o, bir mənalı olaraq Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin qərarı ilə razı deyil. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X10 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində qəbul edilmiş qərarın surətini rəsmi qaydada almasa da, həmin qərar barəsində Yevlax rayon icra və probasiya şöbəsindən məlumat əldə etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, əvvəlcə tanıdığı Fikrət adlı şəxslə aralarında olan razılığa əsasən özünə məxsus yük avtomobili ilə Rusiya Federasiyasına gizli yolla zəli yükü aparmalı idi. Bu səbəbdən də o, 12.01.2021-ci il tarixdə Bakı səhərində Xocəsən adlanan ərazidə Fikrət adlı şəxsə zəng edərək Rusiya Federasiyasına getməli olduğunu bildirmişdir. Fikrət ona Rusiya Federasiyasına göndərilməli olan, zəli yükünü gətirib ona başqa adamın təhvil verəcəyini bildirmişdir. Həmin gün, qara rəngli, “Mercedes" markalı nəqliyyat vasitəsi ilə adını bilmədiyi 1 nəfər şəxs ona 9 ədəd karton qutuda zəli yükünü vermişdir. O da həmin zəli yükünü nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərindəki döşəyin altında gizlətmişdir. Bundan sonra, Rusiya Federasiyasına getmək üçün yola düşmüş və 13.01.2021-ci il tarixdə, saat 01:41 radəiərində "Samur” gömrük postunun ixrac gömrük nəzarəti zonasına daxil olmuşdur. Burada gömrük əməkdaşı ondan bəyan olunmalı mallarının olub-olmadığını sorusmusdur. O, nəqliyyat vasitəsində ərzaq malları və geyim malları olduğunu bildirmişdir. Gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxladıqdan sonra, o yoluna davam etmiş və həmin gün gecə saatlarında Rusiya Federasiyası “Yaraq Qazmalar” gömrük postuna çatmışdır. Burada Rusiya Federasiyası Gömrük Xidmətinin əməkdaşları nəqliyyat vasitəsini yoxlamışlar və nəqliyyat vasitəsinin kabinasında yataq verinin üzərindəki döşəyin altında gizlətdiyi zəliləri aşkar etmişlər. Aşkar edilmiş zəlilərlə bağlı protokol tərtib olunmuş və ona təyin olunmuş 1000 Rusiya rublu cərimə məbləğini ödəmişdir. Həmin zəlilərin olduğu torbaları nəqliyyat vasitəsinə yükləyib geri Azərbaycan Respublikasına qaytarmağını ondan tələb etmişlər. O da 9 ədəd karton qutulardakı zəlilərin olduğu torbaları nəqliyyat vasitəsinə yükləyib geri qayıtmış va 14.01.2021-ci il tarixdə saat 17:00 radələrində “Samur” gömrük postuna daxil olmuşdur. Burada gömrük əməkdaşı ondan bəyan olunmalı mallarının olub-olmadığını soruşmuşdur. O da nəqliyyat vasitəsində geyim malları, ərzaq malları və 9 ədəd karton qutularda 37 ədəd parça torbaların içərisində zəli olduğunu bildirmişdir. O, bu əməlinə görə Rusiya Federasiyasında cərimə olunduğunu bildirərək, barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X11 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 Fuad Rüstəm oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş xətaya yol verdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Mübahisələndirilən qərar X7 göndərilmiş və 31.03.2021-ci il tarixdə X10 tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. X10 həmin qərardan şikayət vermə müddətini ötürdüyündən və qərar əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçi inzibati qərardan şikayəti prosessual müddəti ötürməklə verdiyi üçün şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi elektron çıxarışın surətindən görünür ki, mübahisələndirilən qərar 31.03.2021-ci il tarixdə X10 tərəfindən qəbul edilmişdir. X14 oğlu şikayət ərizəsini 26 iyul 2021-ci il tarixdə yazmaqla 03 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, şikayət verən İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini pozmuş-şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş, müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 tərəfindən 15.03.2021-ci il tarixdə qəbul edilmiş 01400/0317 saylı inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayət müddət ötürülərək verildiyindən baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 tərəfindən 15.03.2021-ci il tarixdə qəbul edilmiş 01400/0317 saylı inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayət müddət ötürülərək verildiyindən baxılmadan geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar