Məhkəmə qərarları › İş №3(039)-612/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-612/2020

19.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-612/2020 19.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Arzu Ağazeynal oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin polis mayoru X2, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakı ilə, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəməyə təqdim edilmiş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax şəhəri Q.Nəbi küçəsində ucadan səs-küy salaraq X4 söyüb təhqir etmişdir. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin polis mayoru X5 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətindən operator ********* saylı məlumat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X6 ***-***-**-** saylı nömrəsindən zəng edərək, keçmiş əri Şəxs qeyd edilən ünvanda onu hədələməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi polis mayoru X7 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayır. Lalə Əzizova onun keçmiş həyat yoldaşıdır. Əvvəllər münasibətləri yaxşı olmuş lakin bir neçə aydır ki, onlar ayrı yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə yadına düşdüyü üçün Laləni görmək məqsədi ilə onun yaşadığı evə getmiş, qapını bir neçə dəfə döymüş, lakin qapını açan olmamışdır. Bundan əsəbləşərək ucadan səs-küy salmışdır. Təxminən 10 dəqiqə sonra həmin yerə polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Hazırdaəməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Şəxs onların yaşadığı ünvana gələrək, küçədə uca səslə qışqıraraq ünvansız nalayiq küçə söyüşləri söyərək onun, qardaşının və valideynlərinin ünvanına söyüşlər işlətmişdir. Onun səsinə yaşadığımız Q.Nəbi küçəsinə tanımadığı şəxslər yığışmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məlumat vermişdir. Hazırda Şəxsla barışmışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəəsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatİnzibati Xətalar Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş X3 və Yevlax rayon polis şöbəsinin polis mayoru X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici hallar və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxxx 1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar