Məhkəmə qərarları › İş №3(039)-612/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-612/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-612/2021 04.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.X.Xoyski küçəsi ev 16-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 03 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Yevlax şəhəri D.Qorqud parkında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, 03 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Yevlax Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş serjantı Vasif Fəttayev və polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov ilə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən D.Qorqud parkında bir nəfər şəxsin küçədə ictima yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu görmüşlər. Polis əməkdaşları dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etsələrdə, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis sahə rəisi, polis leytenantı X9 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 03 avqust 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhərində yerləşən D.Qorqud parkında özünə məxsus qoyunları otaran zaman polis əməkdaşları yaxınlaşaraq ona həmin ərazidə qoyun otarmağa icazənin olmadığını bildirərək ona xəbərdarlıq etmişlər, buna baxmayaraq o, polis əməkdaşlarına etiraz edərək, ərazidən kənarda qoyunları otarmağa davam etmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Səhvini başa düşür, törətdiyi əmələ görə səmimi peşmandır. Polis baş serjantı X8 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 03 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov ilə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən D.Qorqud parkında bir nəfər şəxsin küçədə ictima yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət edərək, dəfələrlə xəbərdar edilməsinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. İşdə olan 03 avqust 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 03 avqust 2021-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş MN ******* №-li, 03 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən saat 18:30-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar