Məhkəmə qərarları › İş №3(039)-613/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-613/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-613/2021 05.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Gəncə şəhəri Nizami rayonu Əlövsət Məmmədov küçəsi 2-döngə, ev 12-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 04 avqust 2021-ci il tarixdə saat 00:15 radələrində “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri H.Əliyev prospektində idarə edərkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş halda nəqliyyət vasitəni idarə edir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı Şəmi Yunisov məruzə edərək bildirmişdir ki, Şəxs 04 avqust 2021-ci il tarixdə saat 00:15 radələrində “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri H.Əliyev prospektində idarə edərkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, araşdırma zamanı sürücü Şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş halda nəqliyyət vasitəni idarə etdiyi müəyyən edilmişdir. Ona görə də, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhərində yaşayır və Yevlax şəhərinə qaynı evinə qonaq gəlmişdir. 04 avqust 2021-ci il tarixdə özünə məxsus “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə qaynının uşağını xəstə olduğu üçün xəstəxanaya apararkən Yevlax şəhəri ərazisində yol polis əməkdaşları onu saxlamışdır. Sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunaraq onun barəsində protokol tərtib edilmişdir. Ailəlidir, himayəsində 6 azyaşlı uşağı var, işsizdir, əməlindən peşmandır. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* №-li, 04 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 419 №-li, 04 avqust 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 04 avqust 2021-ci il tarixdə saat 00:35-də yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan 04 avqust 2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 04 avqust 2021-ci il tarixdə saat 00:15-dən saxlanca qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 avqust 2021-ci il tarixdən saat 00:15-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar