Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-614/2021 05.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu Arıxdam kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 04 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində ucadan səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanov, polis nəfəri, polis baş serjantı Arif Məhərrəmovla birlikdə Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olarkən ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan şəxsə yaxınlaşıb, həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin həmin şəxs hərəkətlərinə davam etdirdiyinə görə həmin şəxsə Yevlax Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanov və polis nəfəri, polis baş serjantı X6 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən araşdırma aparılmış, və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gədəbəy rayonundan Yevlax şəhərinə qonaq gəlmişdir. 04 avqust 2021-ci il tarixdə saat 15 radələrində əsəbi halda Yevlax şəhəri H.Əliyev prospektində telefonla danışan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O, əsəbi olduğundan səs-küy salıb nalayiq söyüşlər işlətmişdir. Bu zaman polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Ailəlidir, himayəsində 3 azyaşlı uşaqları var. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Polis nəfəri, polis baş serjantı X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 04 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanovla birlikdə Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan şəxsə yaxınlaşıb, həmin şəxsi nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs hərəkətlərinə davam etdirdiyinə görə ona Yevlax Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxs saxlanılaraq məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. İşdə olan 04 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 04 avqust 2021-ci il tarixdə saat 17:30-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanovun, polis baş serjantı Arif Məhərrəmovun 04 avqust 2021ci il tarixli raportu, şahid ifadəsi, polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov tərəfindən tərtib edilmiş MN ******* №-li, 04 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadələri, polis sahə rəisi, polis leytenantı Rəşad Mamedovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-614/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-614/2021
05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver